Əqli Mülkiyyət Agentliyinin kollektivi 20 Yanvar faciəsinin qurbanlarını yad edib

20 Yanvar faciəsi Azərbaycan xalqının öz müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizə tarixinin qəhrəmanlıq səlnaməsidir.
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Şəhidlər Xiyabanını ziyarət edib, onların əziz xatirəsini ehtiramla yad ediblər.
Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb.