Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq konfransda çıxış edib

Əqli Mülkiyyət Agentliyinin əməkdaşı beynəlxalq konfransda çıxış edib

Xəbər verdiyimiz kimi, 2025-ci il 21-22 aprel tarixlərində Moskva şəhərində Avrasiya Patent Təşkilatı (APT), Rusiyanın Əqi Mülkiyyət üznrə Federal Xidməti (Rospatent), Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin “UNESCO-nun müəlliflik hüququ, əlaqəli, mədəni və informasiya hüquqları üzrə kafedrası” Beynəlxalq Elm-Təhsil Mərkəzi və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının (RDƏMA) birgə təşkilatçılığı ilə “Əqli mülkiyyətin harmoniyası və ritmləri” mövzusunda “Автор/Author - 2025” V beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Konfransın ilk günündə baş tutan plenar hissədə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov “Əqli mülkiyyətin melodiya, harmoniya və ritmələrinin başında yaradıcılıq durur” mövzusunda geniş məruzə ilə çıxış edib. K.İmanovun məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib və alqışlanıb.

Aprelin 22-də konfrans öz işini seksiyalarda davam edib. RDƏMA-da keçirilən seksiya “Sərhədsiz əqli mülkiyyət: Avrasiya dialoqu” mövzusunda olub.

Tədbirə onlayn rejimdə qoşulan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi, RDƏMA-nın aspirantı Elnur Məmmədli “Azərbaycan və Rusiyada “sənaye nümunəsi” anlayışının inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə hər iki ölkənin qanunvericiliyində sənaye nümunələrinin hüquqi qorunmasının tarixi aspektləri, müxtəlif dövrlərdə qanunvericiliyə edilən dəyişikliklər, Azərbaycan və Rusiya arasında sənaye mülkiyyəti sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.



Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×