Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı media üzrə seminarda iştirak edib

Əqli Mülkiyyət Agentliyinin əməkdaşı media üzrə seminarda iştirak edib

Medianın İnkişafı Agentliyi və "ADA” Universitetinin birgə təşkilatçılığı ilə dövlət qurumlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda seminar təşkil olunub.

Mayın 11-də iki həftə davam edən seminarın bağlanış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ADA Universitetinin rektoru professor Hafiz Paşayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və digər şəxslər çıxış ediblər.

Mərasimin sonunda seminarı uğurla bitirən 40 iştirakçıya sertifikatlar təqdim edilib.

Seminarda Əqli Mülkiyyət Agentliyinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdir müavini-mətbuat katibi Elnur Məmmədli iştirak edib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×