Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı qış məktəbi çərçivəsində təlim keçib

Əqli Mülkiyyət Agentliyinin əməkdaşı qış məktəbi çərçivəsində təlim keçib

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Gənclər Fondu və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin hüquq fakültələrinin tələbələri arasında 2024-cü il 8-10 mart tarixlərində Naftalan şəhərində keçirilmiş “Biz gələcəyin vəkilləriyik” adlı qış məktəbi çərçivəsində Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin böyük məsləhətçisi Əkbər Əliyev tərəfindən “Məhkəmə prosesinin qurulması” adlı təlim keçirilib və praktiki simulyasiya (Milli Məhkəmə müsabiqəsi) təşkil olunub.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev öz çıxışında Agentliyin İdarə Heyətinin sədri Kamran İmanovun Azərbaycanda hüquqi maarifləndirmə işi üzrə göstərdiyi xüsusi diqqəti və dəstəyi vurğulayaraq Agentliyin bu istiqamətdə fəaliyyətinin əhəmiyyəti və həyata keçirilən tədbirlər barədə məlumat verib.

Təlim və praktiki simulyasiyada Agentliyin əməkdaşı tərəfindən milli məhkəmə icraatı, mülki məhkəmə icraatında uğur əldə etmək üçün diqqət yetiriləsi məqamlar, müvafiq maddi və prossesual hüquq normaları izah edilib, praktiki və nəzəri məsələlər, habelə Agentliyin məhkəmə icraatına cəlb edildiyi işlər üzrə məhkəmə praktikasından irəli gələn zəruri məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Təlim hüquqşünas tələbələrin böyük marağına səbəb olub, onların praktiki sualları cavablandırılıb, həmçinin komandalar formasında müzakirələr, hüquqi problemlərin həlli üzrə diskussiyalar aparılıb. Növbəti mərhələdə iştirakçıların hüquqi yazı tapşırıqları və simulyasiya çərçivəsində hazırladıqları məhkəmə çıxışları da qiymətləndirilib.

Bağlanış mərasimində qış məktəbinin iştirakçıları mükafatlandırılıb.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×