Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin əməkdaşı ÜƏMT-nin Hakimlər üçün vebinarında iştirak edib

Əqli Mülkiyyət Agentliyinin əməkdaşı ÜƏMT-nin Hakimlər üçün vebinarında iştirak edib

2025-ci il 22 yanvar tarixində “Əmtəə nişanı işlərində rəqəmsal sübutlar” adlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Hakimlər üçün vebinarı keçirilib. Vebinar əmtəə nişanları mübahisələrində rəqəmsal sübutların artan roluna həsr olunub. Vebinarda rəqəmsal sübutların etibarlılığı ilə bağlı əsas məsələlər, bu sahədəki çağırışlar və imkanlar müzakirə edilib. Vebinar ”Əmtəə nişanı işlərində rəqəmsal sübutların məhkəmələr tərəfindən qiymətləndirilməsi”, “Əmtəə nişanı mübahisələrində rəqəmsal sübutların qəbul edilməsi üçün standartlar”, “Sosial media yazıları, şəbəkə məlumatları və blockchain məlumatlarının məhkəmələrdə istifadəsi ilə bağlı nümunəvi işlər”, “Rəqəmsal sübutlar ilə əlaqədar mübahisələrdə məhkəmələr üçün xüsusi çağırışlar” mövzularını əhatə edib.

Qeyd olunub ki, rəqəmsal sübutların təsdiqlənməsi və etibarlılığı onların necə toplandığı, qorunduğu və autentifikasiyasının düzgün aparılmasından asılıdır. Əmtəə nişanları mübahisələrinin həlli prosesində təqdim olunan sübutların keyfiyyəti və etibarlılığı qərarın nəticəsinə əhəmiyyətli dərəcədə təsir göstərir. Vebinarda vurğulanıb ki, rəqəmsal sübutların artan rolu hüquq sistemlərini və məhkəmələri bu cür sübutların qəbul edilməsinə dair yeni standartlar yaratmağa məcbur edir. Rəqəmsal sübutların etibarlılığı və doğruluğu ilə bağlı üstünlüklər olmasına baxmayaraq, çətinliklər də mövcuddur. Nümunə olaraq qeyd edilib ki, məhkəmələr sosial media yazılarının orijinallığını və ya veb-saytların ekran şəkillərinin doğru tarix və saatla təqdim olunub-olunmadığını qiymətləndirmək məcburiyyətindədir.

Vebinarda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədrinin hüquq məsələləri üzrə köməkçisi Əkbər Əliyev iştirak edib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×