Əqli Mülkiyyət Agentliyinin əməkdaşları KOBİA-nın sahibkarlarla Siyəzəndə keçirdiyi görüşdə iştirak ediblər

Mayın 22-də Siyəzən Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Siyəzən Gənclər Evində “Sənaye sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər” mövzusuna həsr olunmuş tədbir keçirilib.
Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdir müavini – sektor müdiri Nailə Nəsibova və Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin İddiaçıların əqli mülkiyyətə dair sorğuları üzrə iş sektorunun müdiri Lamiyə Haqverdiyeva iştirak ediblər.
Əqli Mülkiyyət Agentliyinin mütəxəssisləri tərəfindən əmtəə nişanlarının qeydiyyatı prosedurları və əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı suallar cavablandırılıb.