Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin nümayəndələri diplomatik konfransda iştirak ediblər

Əqli Mülkiyyət Agentliyinin nümayəndələri diplomatik konfransda iştirak ediblər

Bu günlərdə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Dizayn Hüququ Müqaviləsinin yekunlaşdırılması və qəbul edilməsi üzrə diplomatik konfrans keçirilib. Tədbirdə ölkəmizin nümayəndə heyəti qismində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmova və İdarə Heyətinin sədrinin hüquq məsələləri üzrə köməkçisi Əkbər Əliyev iştirak ediblər.

Diplomatik konfrans çərçivəsində nümayəndə heyətimiz ÜƏMT-nın baş direktorunun müavini xanım Vanq Binyinqlə görüşüb. Görüşdə Azərbaycanda mövcud əqli mülkiyyət sferası üzrə vəziyyət, əqli mülkiyyətsisteminin inkişafı ilə əlaqədar əldə edilmiş müsbət nəticələr, əqli mülkiyyət sahəsində dövlət siyasəti və Əqli Mülkiyyət Agentliyin strukturu, habelə qanunvericiliyin mövcud vəziyyəti barədə məlumat verilib. Y.Binyinq ÜƏMT-nin milli və regional səviyyədə əqli mülkiyyət sisteminin inkişafı üçün dəstək verməyə hər zaman hazır olduğunu qeyd edib. O, Azərbaycanın Haaqa Sazişinə uyğun olaraq sənaye nümunələrinin beynəlxalq qeydiyyatı üzrə böyük potensialının olduğunu, Azərbaycanda coğrafi göstəricilərin çoxluğundan məlumatlı olduğunu və Azərbaycanın Lissabon Müqaviləsinə qoşulmasının vacibliyini bildirib. Görüşdə Azərbaycana məxsus coğrafi göstəricilərə dair qeydiyyat üçün müraciətlərin sayının artırılması, bu sahədə maarifləndirmə, Azərbaycanın Lissabon Müqaviləsinə qoşulması prosesinin sürətləndirilməsinin mümkün imkanları, habelə əqli mülkiyyətə dair digər məsələlər müzakirə edilib.

Tədbir çərçivəsində nümayəndə heyətimizin Macarıstan Əqli Mülkiyyət Ofisinin rəhbəri Szabolcs Farkasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. Görüşdə Agentliyin son dövrdə əldə etdikləri uğurlar, əqli mülkiyyət obyektlərinin qeydiyyatı üzrə müraciətlərin tam elektronlaşdırılması, Agentliyin effektiv idarəetməyə imkan verən strukturu, Azərbaycanda əqli mülkiyyət ekosistemi barədə məlumat verilib. S.Farkas Macarıstan Əqli Mülkiyyət Ofisinin strukturu, Macarıstanda əqli mülkiyyət obyektlərinin qeydiyyatına dair müraciətlərin dinamikası barədə danışıb. Görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, o cümlədən hər iki ölkənin əqli mülkiyyət qurumları arasında təcrübə və məlumat mübadiləsi, maarifləndirmə sahəsində tədbirlərin təşkili məsələləri müzakirə edilib.

Eyni zamanda, nümayəndə heyətimiz ÜƏMT və Amerika Universitetinin Vaşinqton Hüquq Kollecinin birgə təşkilatçılığı ilə “Dizayn Hüququ Müqaviləsi üzrə akademik perspektivlər: açıqlanma, süni intellekt və ictimai maliyyələşdirmə” mövzusunda tədbirdə iştirak edib. Tədbirdə nümayəndə heyətimizin təşəbbüsü ilə süni intellekt tərəfindən hazırlanan dizayn əsərlərin qeydiyyata alınması və müstəsna hüquqların kimə məxsus olmasına dair müzakirə keçirilib.



Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×