Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Gəncə şəhərində təlimdə məruzə ilə çıxış edib

Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi Gəncə şəhərində təlimdə məruzə ilə çıxış edib

Gəncə şəhərində yaradıcı şəxslər üçün əqli mülkiyyət sahəsi ilə bağlı maarifləndirmə tədbiri keçirilib. Tədbirin məqsədi ölkəmizin yaradıcı şəxsləri arasında əqli mülkiyyət sahəsində məlumatlılığın artırılması olmuşdur.

Təlim Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Əqli Mülkiyyət Agentliyinin köməyi ilə “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən təşkil olunmuşdur. Bu tədbir “Əqli mülkiyyət hüququ sahiblərinin müdafiə potensialının artırılması” layihəsi çərçivəsində həyata keçirilmişdir.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi və Gəncə şəhərində yerləşən ali təhsil müəssisələrinin əməkdaşları və digər maraqlı şəxslər iştirak ediblər. Tədbirdə Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev və Mədəniyyət və İncəsənət Universitetinin hüquqşünası Aydın Kərimovun məruzələri dinlənilib.

N.İsayev müasir dövrdə əqli mülkiyyətin dünyanın mədəni və sosial-iqtisadi inkişafında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, bütün ölkələrin bu sahəyə xüsusi diqqət yetirdiyini, Azərbaycanda da əqli mülkiyyətin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu və bu sahənin inkişafı üçün ölkəmizdə genişmiqyaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, dövlət başçısının qayğısı nəticəsində Azərbaycan əqli mülkiyyət sahəsində dünyada ən zəngin qanunvericilik bazası olan ölkələrdən biridir.

Təlimdə tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, iştirakçılar faydalı keçən tədbirin təşkilatçılarına və məruzəçilərə öz təşəkkürlərini bildiriblər.

Tədbir çərçivəsində Əqli Mülkiyyət Agentliyi tərəfindən nəşr olunan kitabların sərgisi təşkil edilib. Sonda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifliyi ilə nəşr olunan əqli mülkiyyət hüquqları, innovasiya və kreativ iqtisadiyyat, sənaye mülkiyyəti, müəlliflik hüququ, erməni saxtakarlıqlarına qarşı mübarizə və digər mövzularda 100-dək kitab təlim iştirakşılarına paylanılıb.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×