Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi “ISIF’23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi”ndə iştirak edib

Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi “ISIF’23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi”ndə iştirak edib

2023-cü il 27 aprel – 1 may tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikasının Sənaye və Texnologiyalar Nazirliyinin, Türkiyə Patent və Əmtəə Nişanları Qurumunun (Türkpatent), həmçinin Beynəlxalq İxtiraçılar Assosiasiyaları Federasiyasının (IFIA) təşkilatçılığı və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Türk Texnologiyalar Komandasının dəstəyi ilə“ISIF’23: 8-ci İstanbul Beynəlxalq İxtiralar Sərgisi” keçirilib.

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin direktor müavini Faiq Əlizadənin rəhbərliyi ilə 10 patentin sahibi olan 5 Azərbaycanlı ixtiraçı sərgidə ölkəmizi layiqincə təmsil ediblər.

Sərgi müddətində keçirilən Beynəlxalq İxtiralar Müsabiqəsi çərçivəsində seçilmiş əqli fəaliyyət nəticələrinin mükafatlandırılması baş tutmuşdur. Azərbaycanlı hüquq sahibləri təşkilatçılar tərəfindən 1 qızıl, 2 gümüş, 2 bürünc və 1 “Ən yaxşı xarici ixtira” sertifikatına layiq görülüblər. Bundan əlavə Şimali Makedoniyanın Sənaye Mülkiyyəti Obyektləri Ofisi biri qızıl medal olmaqla 2 Azərbaycanlı ixtiraçıya sertifikatlar təqdim etmişdir.

Səfər çərçivəsində Agentliyin nümayəndəsi Türkpatentin rəhbəri Cəmil Paşpınar, Avropa Patent İdarəsinin direktoru Antonio Campinos, ISIF-ın layihə rəhbəri Koray Şahin və müxtəlif ölkələrdən olan digər nümayəndə və məsul şəxslərlə görüşüb, təcrübə mübadiləsinin genişləndirilməsi, ixtiraçılığın təşviq edilməsi və kommersiyalaşdırma istiqamətində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Təşkilatçılar sərgidə iştiraka görə Agentliyə təşəkkürlərini bildirib və xüsusi sertifikat və xatirə olaraq kitabça təqdim ediblər.

Qeyd edək ki, “İSİF”23: 8-ci İstanbul Beyəlxalq İxtiralar Sərgisi”ndə 31 ölkədən 286 yerli və 138 xarici olmaqla ümumilikdə 424 ixtira nümayiş olunub. Sərgidə ölkəmizlə yanaşı, ABŞ, Çin, İndoneziya, Kanada və Şimali Makedonya kimi ölkələrin dövlət qurumları, özəl sektor və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Azərbaycan nümayəndələrinin tədbirdə iştirakı qardaş Türkiyə ilə son illər əqli mülkiyyət və innovasiyalar sahəsində əməkdaşlığımızın dərinləşməsinə xidmət edir və həmrəyliyimizin göstəricilərindəndir. Patent sahiblərinin tədbirdə iştirakı onları yaradıcılığa həvəsləndirməklə yanaşı, xarici ixtiraçıların təcrübələrindən yararlanmalarına da imkan yaratmışdır. Agentlik sərgilənən ixtiraların kommersiyalaşdırılması istiqamətində işlərini davm etdirir.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×