Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət ediblər

2026-ci il 27 sentyabr tarixində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkını ziyarət ediblər və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
Ziyarətçilər tərəfindən Zəfər abidəsinin önünə gül dəstələri qoyulub.
Şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq!
























