Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Ulu Öndərin xatirəsini yad edib
Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Agentliyin və tabeliyində olan qurumların əməkdaşları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər və abidəsi önünə gül dəstələri düzüblər.
Həmçinin Heydər Əliyevin ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib və abidəsi önünə gül dəstəsi qoyulub.