Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Zəfər Günü münasibətilə Zəfər parkını ziyarət ediblər

Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Zəfər parkını ziyarət ediblər. Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.
Ziyarətçilər tərəfindən Zəfər abidəsinin önünə gül dəstələri qoyulub.
Şəhidlik zirvəsinə ucalmış qəhrəman igidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq!
#Azərbaycan #8Noyabr #ZəfərGünü

























