Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin SOCAR əməkdaşları üçün təlimi başa çatıb

Əqli Mülkiyyət Agentliyinin SOCAR əməkdaşları üçün təlimi başa çatıb

Xəbər verdiyimiz kimi, bu ilin sentyabr ayında Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi tərəfindən SOCAR əməkdaşları üçün təlimlər keçirilib.

Üç gün davam edən tədbirdə “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) rəqəmli informasiya sistemi, ixtira, faydalı model və sənaye nümunəsinə patent alınmasına dair iddia sənədinin tərtibatı və verilməsi qaydaları, Avrasiya Patent Təşkilatına göndərilən iddia sənədlərinin PƏNAH sisteminə yüklənməsi, Agentlik vasitəsilə iddia sənədinin Avrasiya Patent İdarəsinə təqdim edilməsi, kimya üzrə təqdim edilən iddia sənədlərinin ekspertizasının aparılması, əmtəə nişanlarının hüquqi mühafizəsi, əsərlərin müəlliflik hüququ ilə qorunması, müəlliflərinşəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları barədə təqdimatlar edilib.

Təlimlərdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, müvafiq izahatlar verilib, qeydiyyat üçün təqdim olunan sənədlərin elektron qaydada sistemə yüklənməsi qaydaları əyani nümayiş etdirilib.

Tədbirin sonuncu günü Mərkəzin direktoru Anar Hüseynov tərəfindən təlim iştirakçılarına sertifikatlar təqdim olunub.



Search×