Çağrı Mərkəzi: 960
​Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirak edib

​Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirak edib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi keçirilib. Regionun ən böyük beynəlxalq kitab sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530-cu illiyinə həsr olunub.

Sərgidə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının (RETK) “Nadir fond”unda saxlanılan bir sıra kitablardan ibarət ekspozisiya yaradılıb. Ekspozisiyada üç əsrin kitabları xüsusi qorunma altında sərgilənib. Burada iştirakçılara “Heydər Əliyev 100”,“Memarlıq tarixi”, “Memarlıq sənəti” ilə bağlı Azərbaycan, rus və ingilis dillərində kitab və jurnallar, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Ekologiya və su” ilə bağlı ədəbiyyat təqdim olunub. Bu kitabların arasında italyan memarı Palladionun 1570-ci ildə Venetsiyada işıq üzü görmüş kitabının 1937-ci ildə Moskvada faksimile nəşri də nümayiş etdirilib. Eyni zamanda, sərgidə Əqli Mülkiyyət Agentliyi tərəfindən hazırlanan və buraxılan bir sıra kitablar nümayiş olunub.

Sərginin açılış günündə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli RETK-nın stendinə baş çəkib və kitablar barəsində öz təəssüratlarını bölüşüb.

Sərginin tədbirləri sırasında Agentliyin eksperti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Əqli mülkiyyət” kafedrasının baş müəllimi Natiq İsayevin “Kitab və müəlliflik hüququ” mövzusunda mühazirə-prezentasiyası dinlənilib.

Beynəlxalq tədbirdə yerli təşkilatlarla yanaşı 19 ölkənin təmsilçiləri, kitab nəşri ilə məşğul olan müəssisələr, yazıçı və şairlər, elm adamları, gənc yazıçılar iştirak ediblər.

Sərgidə fəal iştirakına görə Respublika Elmi-Texniki Kitabxanasına 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin Təşkilat Komitəsi tərəfindən sertifikat təqdim olunub.




Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×