Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası tərəfindən kitab sərgisi keçirilmişdir

 Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası tərəfindən kitab sərgisi keçirilmişdir

Xəbər verdiyimiz kimi aprelin 23-də Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılğı ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfrans keçirilmişdir.

Tədbirdə erməni saxtakarlıqları və uydurmaları, tarixi yalanları, milli mədəni irsimizin mənfur qonşularımız tərəfindən mənimsənilməsi mövzularında məruzə və çıxışlar dinlənilmiş, ermənilərin bu bədnam əməllərinin zaman-zaman ifşa olunduğu vurğulanmış, mövzular ətrafında müzakirələr aparılmışdır.

Konfrans çərçivəsində Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası tərəfindən kitab sərgisi keçirilmişdir. Sərgidə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanovun müəllifi olduğu, erməni yalanlarını ifşa edən kitablar, digər müəlliflərin Ulu Öndər Heydər Əliyevə həsr olunan əsərləri, Azərbaycan həqiqətləri və Qarabağ mövzusunda nəşrlər, həmçinin 1870-1940-cı illəri əhatə edən, Azərbaycanın neft tarixi və qədim memarlıq abidələri haqqında nadir kitablar nümayiş olunmuşdur.

Sərgi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×