Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Dekabrın 27-də Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Əbədi həmrəylik” mövzusunda konfrans keçirilib.

Tədbirin əvvəlində kitabxanx anın “Heydər Əliyev guşəsi”nin açılışı edilib.

Konfransda çıxış edən Respublika Elmi-Texniki Kitabxanasının direktorunun səlahiyyətlərini icra edən, innovasiya və inkişaf üzrə direktorun 1-ci müavini Səbinə Sultanova 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Gününün əhəmiyyətinə toxunub. O, bu günün əsasını qoyan Ulu öndər Heydər Əliyevin milli birliyimizin formalaşmasında böyük xidmətlərini xüsusi vurğulayaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən xaricdə yaşayan Azərbaycanlılarının həmrəyliyi sahəsində uğurlu siyasət aparıldığını bildirib.

Tədbirdə kitabxana əməkdaşlarının «Dünya Azərbaycanlılarının Həmrəylik Günü», “Həmrəylik Ulu öndərin xalqına töhfəsidir”, “Azad Şuşamız”, “İlham Əliyev və Zəfər Qurultayı” mövzularında məruzələri dinlənilib.

Konfransda Heydər Əliyev sərgisinə baxış keçirilib və «Əbədi Həmrəylik» video təqdimatı olub.



Sənədlərin ONLAYN qəbulu PƏNAHÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51startup1https://azranking.az/TvinninqAggression of Armenia against AzerbaijanHerbi tecavuzZəfərstartup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×