Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə "Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə" (COP29-a doğru) mövzusunda dəyirmi masa keçiriləcək

Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə "Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə" (COP29-a doğru) mövzusunda dəyirmi masa keçiriləcək

2024-cü il 30 oktyabr tarixində Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə "Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə" (COP29-a doğru) mövzusunda dəyirmi masa keçiriləcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ərəfəsində təşkil olunan dəyirmi masa Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçvəsində keçirilir.

Tədbirdə ölkəmizin rəsmi dövlət nümayəndələri, Milli Məclisin üzvləri, ali məktəb rəhbərləri, ictimai təşkilatların əməkdaşlarının iştirakı gözlənilir.

Dəyirmi masada mövzu ilə bağlı bir sıra maraqlı çıxışlar nəzərdə tutulur.

Qeyd edək ki, tədbirin əvvəlində media üçün brifinq keçiriləcək.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×