Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyinin yerli sahibkarlar üçün təlimi davam edir

Əqli Mülkiyyət Agentliyinin yerli sahibkarlar üçün təlimi davam edir

Xəbər verildiyi kimi, sentyabrın 3-dən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) birlikdə ölkəmizin aqrar-ərzaq sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri üçün təlim keçirir.

Təlimin ikinci günündə Türkiyədən olan beynəlxalq layihə eksperti Arife Yılmaz Topal patentlər və kommersiya sirləri barədə təqdimat edib. Məruzədə patentlərin ətraflı izahı və ixtiraların qorunmasında onların rolu, patent və innovasiya prosesi, kommersiya sirrini və onların qorunması üçün strategiyalar barədə məlumat verilib, aqro-ərzaq sektorunda uğurlu patent və kommersiya sirrinin qorunmasına dair nümunələr göstərilib.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin əməkdaşı Gülcahan Əlimərdanova “Əqli mülkiyyət strategiyalarının praktik tətbiqi: əmtəə nişanları və brend” mövzusunda təqdimat edib. Kənd təsərrüfatı məhsulları üçün əmtəə nişanlarının əhəmiyyəti, əmtəə nişanının qeydiyyatı prosesi və ən yaxşı təcrübələr, bu sahədə Azərbaycan qanunvericiliyinin tələbləri, sahibkarların qarşılaşdığı çətinliklər, əmtəə nişanı hüquqlarının təminatı haqqında geniş məlumat verilib.

İnteraktiv formatda keçirilən təlimdə ekspertlər öz təcrübələrini bölüşüb, sənaye mülkiyyəti obyektlərinin qorunması sahəsində qarşılaşdıqları hadisələri tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Tədbirdə təlimçilər tərəfindən qrup tapşırıqları yerinə yetirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×