Çağrı Mərkəzi: 960
“Əqli Mülkiyyət Aylığı” çərçivəsində növbəti təlim

“Əqli Mülkiyyət Aylığı” çərçivəsində növbəti təlim

Əqli Mülkiyyət Agentliyi tərəfindən elan olunan “Əqli Mülkiyyət Aylığı” çərçivəsində “Əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyatı və ekspertizası” mövzusunda təlimlər təşkil olunub.

Tədbirdə Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinin “Milli əmtəə nişanları və coğrafi göstəricilər” sektorunun müdiri Gülcahan Əlimərdanova məruzə ilə çıxış edərək “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri, o cümlədən “əmtəə nişanı” anlayışı, ekspertizanın aparılması və qeydiyyat prosedurları, Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı Madrid Sazişinin Protokolu, ekspertizanın keçirilməsi ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) tövsiyələri və qabaqcıl beynəlxalq təcrübə barədə ətraflı məlumat verib. O, əmtəə nişanlarının bazar iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olduğunu, onun istehsalçı ilə istehlakçı arasındakı münasibətləri tənzimləyəcək gücə malik olmasını bildirərək əmtəə nişanlarının qeydiyyatının vacibliyini vurğulayıb. Qeyd edib ki, əmtəə nişanları və coğrafi göstəricilər mövzusunda tanınmış xarici müəlliflərin kitablarından və dərsliklərindən, habelə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) metodiki vəsaitlərindən maraqlı məlumatlar əldə etmək olar. O, xarici müəlliflərin kitablarının və ÜƏMT-nın metodiki vəsaitlərinin internet saytlarında yerləşdirildiyini bildirib.

G. Əlimərdanova Əqli Mülkiyyət Agentliyi tərəfindən bu sahədə görülən işlər, o cümlədən nəşr olunmuş “Azərbaycanda sənaye nümunələrinin, coğrafi göstəricilərin və əmtəə nişanlarının analitik icmalı”, “Azərbaycana məxsus coğrafi göstəricilər” və ”Milli brendlərimizi qoruyaq” adlı kitablar haqqında da dolğun məlumat verib. Bildirib ki, göstərilən kitablarda qeyd olunan Azərbaycana məxsus coğrafi göstəricilər xalqımızın milli mətbəx incilərinin, milli əl sənəti və misgərlik sənəti nümunələrinin daşıyıcısı olduğu qeyd edilib və bunu xüsusi diqqətə çatdırıb.

Maraqlananlar bu kitabları Agentlikdən pulsuz əldə edə və ya onların elektron versiyaları ilə Agentliyin www.copat.gov.az internet saytında tanış ola bilərlər.

Onu da bildiririk ki, son illərdə əmtəə nişanlarının qeydiyyat prosedurları sürətləndirilmiş və bu sahədə şəffaflıq təmin olunmuşdur. İddiaçı məmnunluğunun təmin edilməsi məqsədilə bir neçə ildir ki, Agentlikdə 7/24 rejimində fəaliyyət göstərən PƏNAH rəqəmli sistemi yaradılmışdır. Bu da iddiaçıların iddia sənədləri vermələri üçün vaxt itkisini aradan qaldırır, istənilən yerdən və istənilən vaxt xidmətə əlçatanlığı təmin edir.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×