Əqli mülkiyyət hüquqlarının qorunması məsələləri müzakirə olunub
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin üzvü Sənan Tapdıqovun Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov ilə görüşü keçirilib.
Görüşdə tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar üzərində gömrük nəzarəti, pirat və kontrafakt mallar ilə mübarizə sahəsində əməkdaşlıq, qarşılıqlı məlumat mübadiləsi və digər məsələlər müzakirə olunub.