Əqli mülkiyyət üzrə yuxarı sinif şagirdləri üçün XVII Beynəlxalq olimpiada təşkil edilir
Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası ilə Federal Əqli Mülkiyyət Xidmətinin birgə təşkilatçılığı və Avrasiya Patent Təşkilatının, Avrasiya Patent İdarəsinin Müstəqil Dövlətlər Birliyi İcra Komitəsinin dəstəyi ilə əqli mülkiyyət üzrə yuxarı sinif şagirdləri üçün XVII Beynəlxalq olimpiada təşkil edilir. (Olimpiada Rusiya Təhsil Nazirliyinin 30.08.2024-cü il tarixli № 620 əmri ilə təsdiq edilmiş olimpiadalar və digər bilik müsabiqələri siyahısına daxildir).
Olimpiadada ümumtəhsil müəssisələrinin buraxılış (11-ci) siniflərinin şagirdləri, həmçinin 9 və 10-cu siniflərdən olan şagirdlər (fərqli nominasiyada), eləcə də peşə təhsili müəssisələrinin (kollec və texnikumlar) məzunları iştirak edə bilərlər.
Olimpiadanın keçirilmə müddətləri:
1-ci tur (26 dekabr 2024-cü ildən 17 mart 2025-ci ilədək) – əqli mülkiyyət məsələləri üzrə Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının rəsmi saytında onlayn testlərin təşkil olunması: https://olimpiada.rgiis.ru
2-ci tur (3 fevral-25 mart 2025-ci ilədək) – əqli mülkiyyət üzrə verilmiş mövzulardan birinə hazırlanmış yazılı işlərin Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının ekspert komissiyasına təqdim edilməsi.
3-cü tur (26 aprel 2025-ci il) – finalçılar tərəfindən işlərin əyani şəkildə müdafiəsi və müsabiqə tapşırığının yerinə yetirilməsi (onlayn formatda iştirak imkanı mümkündür).
Qaliblər, mükafatçılar və finalçılar olimpiadanın tərəfdaşları tərəfindən diplomlar, xatirə hədiyyələri, eləcə də 2025-ci ildə Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasına qəbul zamanı fərdi nailiyyətlər üzrə əlavə ballar qazanacaqdır.
Olimpiada barədə ətraflı məlumatı rəsmi saytdan əldə edə bilərsiniz:
https://olimpiada.rgiis.ru (iştirakla bağlı suallar üçün: alts@rgiis.ru).