Çağrı Mərkəzi: 960
​Qlobal İnnovasiya İndeksi dərc olunub

​Qlobal İnnovasiya İndeksi dərc olunub

Qlobal İnnovasiya İndeksi dərc olunub:

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin

ŞƏRHİ

Ötən ildə olduğu kimi, 132 ölkəni əhatə edən Kornel Universiteti (ABŞ), INSEAD Biznes Məktəbi (Fransa) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) sayca 15-ci birgə nəşri – 2022-ci il Qlobal İnnovasiya İndeksi (Qİİ) ÜƏMT-nda prezentasiya edilmişdir. Qİİ 2007-ci ildən dərc olunurr.

Cari ilin Qİİ reytinqi innovasiya fəaliyyətinin potensialı, səmərələliyi və çərçivə şərtlərini əhatə edən 81 indikator əsasında tərtib edilmişdir. Təhlil edilən indikatorlar qanunvericilik, elm və təhsildən tutmuş bazar, biznes, infrastruktur və s. məsələlərinin inkişafına qədər geniş məlumatlar spektrini ehtiva edir. Qİİ-nin dərc edilməsinin əsas məqsədi ölkələrin innovasiya fəaliyyətinin mexanizmlərinin səmərəliliyinin qiymətləndirməsinə imkan verməkdən ibarətdir.

Qİİ-2022 reytinqi innovasiya fəaliyyətinin iki yekunlaşdırıcı - "innovasiya resursları" və "innovasiya nəticələri" alt indekslərə daxil olan 7 qrup indikatordan ibarətdir.

"İnnovativ resurslar" alt indeksi: 1 – təsisatlar; 2 - insan kapitalı və elm; 3 - infrastruktur; 4 - daxili bazarın inkişafı və 5 - biznesin inkişafı beş qrupa bölünməklə, innovasiya prosesləri baş verən milli iqtisadiyyatın elementlərini dəyərləndirməyə imkan verir.

"İnnovativ nəticələr" alt indeksi: 6 - bilik və texnologiyaların yayılması və 7 - kreativ fəaliyyətin nəticələri iki qrupa bölünməklə, innovasiya fəaliyyətinin faktiki nəticələrini əks etdirir.

2022-ci ilin Qİİ-nin lideri İsveçrədir, onun ardınca Amerika Birləşmiş Ştatları, İsveç, Böyük Britaniya və Niderland gəlir. Ən innovativ ölkələrin ilk onluğuna eləcə də Koreya, Sinqapur, Almaniya, Finlandiya və Danimarka daxildir. Çin, reytinqdə 11 -ci yeri alaraq, ikinci onluq ölkələr sırasına daxil olub.

Postsovet məkanı ölkələri arasında ən yaxşı göstəricilər Estoniyada - 18-ci yer, Litvada - 39-cu yer və Latviyadadır - 41-ci yer. Rusiya 47-ci yerdə, Azərbaycan isə 93-cü yerdə qərarlaşmışdır.

Azərbaycanın güclü tərəfləri kimiQİİ-ni tərtibatçı-ekspertləri aşağıdakı indikatorları göstərirlər: "siyasi və operativ sabitlik" - 53-cü yer, "biznesin aparılması siyasəti" -21-ci yer,“şagird-müəllim nisbəti” - 9-cu yer, "elm və texnika üzrə məzunlar" - 42-ci yer, "tədqiqatçılar" - 43-cü yer, “elmi dərəcəsi olan işlə təmin olunmuş qadınlar” - 57-ci yer, "elmi-texniki və təcrübi-konstruktor işləri sahəsində universitetlər və sənaye arasında əməkdaşlıq" - 23-cü yer, "klaster inkişafı" - 25-ci yer.

"İnnovativ resurslar" alt indeksi üzrə Azərbaycan reytinqdə MDB çərçivəsində Ermənistanı (82),Qırğızıstanı (85), Belarusu (86) vəTacikistanı(104) qabaqlayaraq, 79-cu yerdə qərarlaşmışdır.

Bu alt indeksdə ölkə ən yaxşı nəticəni “Təsisatlar” blokunda tutur – 46-cı yer. Ötən illə müqayisədə (58-ci yer) ölkə öz reytinqini 12 pillə yaxşılaşdıraraq, MDB ölkələrini qabaqlayıb: Qazaxıstan (52), Ermənistan (55), Özbəkistan (63), Rusiya (89), Tacikistan (91), Ukrayna (97), Moldova (98), Qırğızıstan (113).

“Təsisatlar” blokunda “biznes mühiti” istiqaməti üzrə ölkə yüksək 19-cu yeri tutur.

“İnsan kapitalı və elm” blokunda Azərbaycan “tədqiqat və inkişaf” inteqral göstəricisində mövqeyini yaxşılaşdıraraq 2021-ci ildəki 104-cü yerdən 2022-ci ildə 76-cı yerə yüksəlib.

“Biznesin inkişafı” blokunda “əqli əməkişçiləri” istiqaməti üzrə Azərbaycan ötən illə (75-ci yer) müqayisədə mövqeyini 10 pillə yaxşılaşdıraraq, 65-ci yerdə qərarlaşıb. Bu istiqamətdə ölkə “təlimlər keçirən şirkətlər” göstəricisi üzrə 47-ci yeri tutur. “İnnovasiya əlaqələri” istiqaməti üzrə Azərbaycan 56-cı yerdə qərarlaşıb və ötən illə müqayisədə (66-cı yer) ölkə öz reytinqini 10 pillə yaxşılaşdıraraq, MDB ölkələrini qabaqlayıb: Özbəkistan (59), Gürcüstan (68), Rusiya (70), Ukrayna (78), Ermənistan (112), Moldova (116), Tacikistan (117), Qazaxıstan (123), Qırğızıstan (125), Belarus (129). "İnnovativ əlaqələr" istiqamətində “Patent ailələri” göstəricisi üzrə Azərbaycan 66-cı yerdə qərarlaşıb və ötən illə müqayisədə bu göstəricini 15 pillə yaxşılaşdırıb.

“İnnovativ nəticələr” alt indeksi öz növbəsində böyük əhəmiyyətə malikdir. Əgər “innovativ resurslar” alt indeksi innovasiyalar üçün əlverişlilik səviyyəsini əks etdirirsə, “innovativ nəticələr” alt indeksi bu sahədə əldə edilmiş nailiyyətləri əks etdirir. Bu alt indeks nə qədər yüksək olarsa, innovativ imkanlar bir o qədər rasional istifadə olunur. Azərbaycan yekunlaşdırıcı "innovativ nəticələr" alt indeksi üzrə 110-cu yeri tutur.

Bununla yanaşı diqqəti daha yüksək yerlər üzrə bəzi göstəricilər cəlb edir. Belə ki, bu alt indeksdə əsasən əqli mülkiyyət obyektləri ilə müəyyən edilən qeyri-maddi aktivlərin göstəriciləri üzrə ixtiralar, 71-ci, və faydalı modellər, 49-cu yeri tutur.

Bununla belə, qeyd etmək lazımdır ki, bütün göstəriciləri əhatə edən iki alt indeks -“İnnovasiya resursları” və “İnnovasiya nəticələri” çox mühüm əhəmiyyət daşıyırlar. "İnnovativ nəticələr" alt indeksi "İnnovativ resurslar" alt indeksindən asılı olmalıdır, ona görə ki, innovativ nəticələr resursların - maddi, maliyyə,əqli, təşkilati -qoyuluşu ilə əldə edilə bilər. Azərbaycan müasir institutlar yaradıb, insan kapitalı, elmi və təhsil potensialını inkişaf etdirir, səmərəli biznes modellərini tətbiq edir, yəni ölkənin inkişafına əhəmiyyətli resurslar yatırır ki,onlardan nəticə şəklində gözlənilən fayda olmalıdır. Və bu Qİİ-nin yaxşılaşdırılmasının bir ehtiyyatıdır. Qİİ-nin tərtibatçı-ekspertlərinin qeyd etdiyi kimi, “Azərbaycan innovasiyalara yatırımlara, onların nəticələri ilə müqaisədə daha yüksək göstəricilər nümayiş etdirir”.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×