Çağrı Mərkəzi: 960
Qlobal İnnovasiyalar İndeksinin 2022-ci il üzrə buraxılışının Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə müzakirəsinə həsr olunmuş videokonfrans keçirilmişdir

Qlobal İnnovasiyalar İndeksinin 2022-ci il üzrə buraxılışının Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə müzakirəsinə həsr olunmuş videokonfrans keçirilmişdir

2022-ci il 16 dekabr tarixində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşəbbüsü və təşkilatçılığı əsasında Qlobal İnnovasiyalar İndeksinin 2022-ci il üzrə buraxılışının Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə müzakirəsinə həsr olunmuş video-konfrans keçirilmişdir.

Video-konfransda Qlobal İnnovasiyalar İndeksinin metodologiyası, hesabatda əks olunan göstəricilər və ya mövcud reallıqda olan faktiki göstəricilər ilə bağlı dəqiqləşdirilməsi zəruri olan məsələlərə dair suallar ÜƏMT-nin nümayəndələri tərəfindən cavablandırılmışdır.

Konkret indikatorlarla bağlı Komissiyanın aidiyyəti işçi qruplarının hazırladıqları suallara münasibətdə ÜƏMT-nin ekspertləri müvafiq izahlar və metodoloji dəstək vermişlər.

Mövzunun aktuallığı və əhəmiyyətini nəzərə alaraq, qarşılıqlı şəkildə təklif olunmuşdur ki, bu sahədə əməkdaşlıq davam etdirilsin və indeksin göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində təlimllər və faydalı materiallar təqdim olunsun.


Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×