Qriqori İvliev: Avrasiya və Rusiya patent sistemləri iddia ərizələrinin artımına yüksək diqqət göstərir
www.eapo.org saytının verdiyi məlumata əsasən TASS-ın mətbuat mərkəzində Avrasiya Patent İdarəsinin (APİ) prezidenti Qriqori İvliyev, Federal Sənaye Mülkiyyəti İnstitutunun (FSMİ) direktoru Oleq Neretin iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransında 2022-ci ildəki işə yekun vurulub və Avrasiya Əqli Mülkiyyət sisteminin inkişafı üçün perspektivli istiqamətlər qeyd edilib.
Qriqori İvliev 2022-ci ili məhsuldar il adlandırıb və ixtiralara Avrasiya patentlərinin verilməsi ilə bağlı 3731 müraciətin daxil olması haqda məlumat verib.
Qeyd edib ki, Rospatentin bürosu və FSMİ-nun köməyi ilə həm APİ-dən, həm də Avrasiya Patent Təşkilatına üzv olan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən iddia edilən obyektlərin 3D modellərinin tətbiqi ilə bağlı ərizələrin qəbulu həyata keçirilmişdir.
APİ-nin prezidenti Qriqori İvliyev Ümumdünya Əqli Mülkiyyət Forumunda Əqli Mülkiyyət sisteminin inkişafı üçün perspektivli istiqamətlərin müəyyən ediləcəyi barədə məlumat verib və APT-nın üzv-dövlətləri arasında ilk təşəbbüs göstərən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi olduğunu bildirib.
APİ-nin prezidenti Qriqori İvliyev çıxışın sonunda milli əqli mülkiyyət təşkilatlarına uğurlar arzulayıb.