Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi "Art management" layihəsində iştirak edib
Əqli Mülkiyyət Agentliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Müəllif hüquq qanunvericiliyi haqqında” mövzusunda vebinar keçirilib.
Vebinarda Əqli Mülkiyyət Agentliyinin Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdiri Nadirə Bədəlbəylinin təqdimatı dinlənilib və iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, “Art management” layihəsinə yaradıcı şəxslərin bu sahə üzrə hazırlıq səviyyəsini yüksəltmək, mövcud çatışmazlıqları vaxtında aşkar edərək tədbirlər görmək, proseslərin inkişafı üçün yeni bilgi və təcrübə mübadiləsi platformasını yaratmaq məqsədilə start verilib.