Çağrı Mərkəzi: 960
Respublika Elmi-Texniki Kitabxanasında 27 sentyabr – Anım Günü qeyd olunub

Respublika Elmi-Texniki Kitabxanasında  27 sentyabr – Anım Günü qeyd olunub

Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) 27 sentyabr –Anım Günü münasibətilə“Bu vətən, bu torpaq unutmaz sizi” adlı tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçmiş igid oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Respublika Elmi-Texniki Kitabxanasının direktoru Mübariz Məmmədli Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsinin əhəmiyyətindən danışıb.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 1997-ci il tarixli qərarı ilə məhz hərbi münaqişə və məhəlli müharibələrdə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini əbədiləşdirmək üçün Respublika “Xatirə Kitabı” nəşriyyat-redaksiyasının yaradılması barədə məlumat verib. O, bu vaxta qədər Respublika “Xatirə kitabı” redaksiyasında ikinci dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız və Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar əldə edilərək bir sıra kitabların nəşr edildiyini bildirib. Bu şəxslərin adlarının əbədiləşdirilməsi Respublika “Xatirə kitabı” redaksiyasının əsas işi olduğu və redaksiyanın hazırda da bu istiqamətdə araşdırmalarını davam etdirdiyi vurğulanıb.

Tədbirdə Respublika “Xatirə kitabı” redaksiyası tərəfindən hazırlanan bir sıra qısametrajlı filmlər nümayiş etdirilib.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×