Respublika Elmi-Texniki Kitabxanasının “Qızıl Fond”unda saxlanılan nadir kitablar VIII Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş etdirilir
Oktyabrın 5-də “Baku Expo Center” Mərkəzində VIII Bakı Beynəlxalq Kitab Sərgisi açılmışdır.
Sərgidə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olanRespublika Elmi-Texniki Kitabxanasının (RETK) “Qızıl Fond”unda saxlanılan nadir kitablardan ibarət ekspozisiya yaradılmışdır. Xüsusi yaradılmış bölmədə elm, iqtisadiyyat, neft-kimya, memarlıq və digər sahələrə aid 259 nadir kitab nümayiş etdirilir.
RETK-nin “Qızıl Fond”unda mühafizə olunan neft sənayesinə həsr olunmuş 78, kimya üzrə 30, fiizika üzrə 28, memarlığa aid 28,geologiya üzrə 23, riyaziyyat üzrə 51, habelə elm, sənaye və kənd təsərrüfatı mövzularında yazılmış unikal hesab olunan 21 kitab sərgi iştirakçılarında böyük maraq doğurmuşdur.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Respublika Elmi-Texniki Kitabxanasının “Qızıl Fond”unda qorunub saxlanılan nadir kitablarla tanış olmuşdur.
VIII Beynəlxalq Kitab Sərgisi oktyabrın 9-dək davam edəcək.