Çağrı Mərkəzi: 960
Əsərin dövlət qeydiyyatından keçirilməsinin üstünlükləri

Əsərin dövlət qeydiyyatından keçirilməsinin üstünlükləri

Əsərin qorunması onun yarandığı anından başlayır. Azərbaycanın müəllif-hüquq qanunvericiliyi əsərlərin rəsmi qeydiyyatının mümkünlüyünü nəzərdə tutur. Bu imkan müəlliflərin və hüquq sahiblərinin maraqlarını müdafiə etmək məqsədi ilə dövlət tərəfindən təşkil olunur və əsərini qeydiyyatdan keçirən şəxslər üçün əlverişli şərait yaradır.

Əsərin qeydiyyatı könüllüdür.

Müəlliflik hüququnun obyekti olan əsərlər hansılardır?

1996-cı ildə Azərbaycanın əqli mülkiyyət üzrə ilk qanunu - “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanun qəbul edilmişdir. Qanunun 5-ci maddəsinə əsasən, müəlliflık hüququ təyinatından, dəyrindən və məzmunundan, habelə ifadə formasından asılı olmayan obyektiv formada mövcüd olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Ədəbi əsərlər, elmi əsərlər, musiqili əsərlər, musiqili-dram əsərləri, təsviri incəsənət (rəssamlıq, heykəltəraşlıq, qrafika sənəti), arxitektura işləri, fotoşəkillər və audiovizual əsərlər, rəqs quruluşları və pantomima işləri, törəmə işlər (tərcümələr, uyğunlaşdırmalar, annotasiyalar, analizlər, xülasələr, icmallar), toplular (ensiklopediyalar, antologiyalar, məlumat bazaları), kompyüter proqramları və s. yaradıcılıq nümunələri müəlliflik hüququnun obyektləri kimi qorunur.

Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur.

Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün əsərin hər nüsxəsində göstərilən və üç ünsürdən ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadə etmək hüququ vardır:

dairəyə alınmış C latın hərfi — ©;

müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər);

əsərin ilk dəfə dərc edildiyi il.

Müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Onu da qeyd etmək lazımdır ki, əsərin qorunması qeydiyyatdan asılı deyil. Bununla belə, müəlliflik hüququnun pozulduğu halda onun qorunması və müdafiəsi arasında “körpü” yaratmaq məqsədilə qanunvericilik əsərin qeydiyyatdan keçirilməsinə imkan yaradır.

Əsərə müstəsna müəlliflik hüquqlarının sahibləri onu müəlliflik hüququnun qüvvədə olduğu müddətdə Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə bilərlər. Azərbaycan MDB məkanında əsərlərin könüllü qeydiyyatını həyata keçirən ilk ölkələrdən biridir.

Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin könüllü qeydiyyat mexanizminin mahiyyəti və onların inkişafına tələbat ilk növbədə onunla izah olunur ki, qeydiyyat icra və məhkəmə hakimiyyəti orqanları tərəfindən həyata keçirilən hüquqların qorunması və hüquqların müdafiəsi arasında çox vacib körpü yaradır. Daha konkret desək, əsərin qeydiyyatı aşağıdakı səbəblərə görə məqsədəuyğun sayılır:

- müəllifliyin ilkinliyi ilə bağlı mübahisələr yarandıqda əsərin qeydiyyatı haqqında hüquq sahibinə nümunəsi Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Şəhadətnamə verilir. Şəhadətnamə sübutedici sənəd kimi çıxış edir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 8-ci maddəsinə görə, mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.

- əsərdən qeyri-qanuni istifadə edildikdə və ya plagiat faktları aşkar olunduqda müəllifin pozulmuş hüquqlarının müdafiəsi daha asan olur.

Bununla yanaşı, qeyd edək ki, qeydiyyatdan keçirilmiş əsərlər və hüquq sahibləri barədə məlumatlar Dövlət Reyestrinə daxil edilir. Hər müəllifin səxsi qovlugu yaradılır, qeydiyyatdan keçirilmiş əsərlər depozitə götürülür, möhürlənir və saxlanılması təmin edilir.

Agentlikdə qeydiyyatdan keçirilmiş əsərlər, müəlliflər və hüquq sahibləri haqqında Elektron məlumat bazası yaradılıb. Bu baza “Əsər” və “Müəllif” informasiya- axtarış sistemlərindən ibarətdir.

Qeyd edək ki, 2012-ci ildən Agentlikdə onlayn qeydiyyat sistemi fəaliyyət göstərir. Hal-hazırdaElekrtron Hökümət portalından (e-gov.az) istifadə etməklə müəlliflər əsərlərini qeydiyyatdan keçirə bilirlər.

Bununla yanaşı, Hokumət Evində yerləşən “Vətəndaşların Qəbul Mərkəz”ndə Agentliyin əməkdaşları tərəfindən müəlliflərə və hüquq sahiblərinə əsərin qeydiyyatı ilə bağlı Elekrtron Hökümət portalından keçməsinə köməklik göstərilir, onlara məsləhətlər verilir, müraciətləri operativ şəkildə cavablandırılır.

Agentlikdə 960-Cağrı Mərkəzi də fəaliyyət göstərir. Müəlliflər onları maraqlandıran suallara “Çağrı Mərkəzi” vasitəsilə də cavab ala bilərlər.

Qeydiyyat sisteminin fəaliyyətə başladığı dövrdən yəni 1996 ildən 2023-cw il 1 iyul tarixinədək 9225 müəllifin 15134 əsəri qeydiyyatdan kecirilmişdir.

Yaradıcı insanlara öz əqli mülkiyyətinin nətıcəsi olan əsərlərinin dövlət qeydiyyatından keçirilməsini tövsiyyə edirik.
Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×