Çağrı Mərkəzi: 960
TƏBRİK EDİRİK!

TƏBRİK EDİRİK!

10 mart 1873-cü il. Həmin gün Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası tamaşaya qoyuldu.Və beləliklə, Azərbaycan Milli Teatrının əsası qoyuldu.

Ötən dövrdə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova, Əlövsət Sadıqov, Həqiqət Rzayeva, Gülxar Həsənova, Yaşar Nuri kimi yüzlərlə görkəmli simaları yetişdi. Azərbaycanda teatr sənətinin inkişafında Hacıbəyov qardaşlarının da böyük əməyi oldu.

Bu gün teatrımızın 150 yaşı tamam olur. Bu münasibətlə bütün səhnə xadimlərini və tamaşaçıları Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi adından təbrik edir, yeni gözəl tamaşalar arzulayırıq.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×