ÜƏMT-nin üzv dövlətlərinin Assambleyalarının 68-ci sessiyası keçiriləcək

2026-cı il 7–15 iyul tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 68-ci sessiyası keçiriləcək.
Sessiyada Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin
İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti onlayn
və fiziki formatlarda iştirak edəcək.
Assambleyanın ümumi müzakirələri çərçivəsində Kamran İmanovun
onlayn formatda çıxışı nəzərdə tutulur.



















