Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru Frensis Qarri ÜƏMT Assambleyalarını açaraq rəhbərlik etdiyi 12 il ərzində təşkilatın qazandığı irəliləyişlərdən danışıb
İkinci və son altı illik səlahiyyət müddəti 30 sentyabr 2020-ci il tarixində bitəncənab Qarri COVID-19 pandemiyasının nəticələri barədə danışaraq,dinləyiciləri çoxtərəfli fəaliyyətə olan tələbin zəifləməsinin beynəlxalq ictimaiyyət üçün böyük bir problem yaratdığı barədə məlumat verdi.
Cənab Qarri nümayəndələrə (bəziləri iclasda fiziki olaraq iştirak etmiş, bəziləri isəonlayn iştirak etmişdilər) müraciət edərək bildirdi ki,elmi-texniki tərəqqi insanları tamamilə yeni yollarla bir-birinə bağlasa da, proteksionizm də daxil olmaqla təcrid olunma siyahısının artması ilə xarakterizə olunur.
“Beləliklə, özümüzü texnoloji inkişaf məntiqinin geosiyasi sahədəki siyasi tendensiyalarla toqquşduğu bir vəziyyətdə tapırıq. Cənab Qarri: “Tarixə istinad edərək, texnologiyanın uzunmüddətli perspektivdə üstün gəlməyəcəyinə təəccüblənərdim”. “Bu iki dalğanın toqquşması bir çox risklərlə bağlıdır: xalqlar və onların hakimiyyətləri arasındakı münasibətlərin pozulmasından başlayaraq, iqtisadi və sosial həyatın proseslərinin axınlarının pozulmasına qədər. Hər iki dalğanın qlobal xarakterdaşıdığını nəzərə alaraq, onların dinc yolla qovuşmasının tək bir üsulu olduğunu görürük. Bu, öz təbiətinə görə qlobal xarakter daşıyan beynəlxalq əməkdaşlıq yaxud, başqa sözlə, çoxtərəfli yanaşmaya əsaslanır.”
“Hamımıza aydındır ki, indiki zamanda belə çoxtərəfli fəaliyyət tələbi və ya onu həyata keçirmə qabiliyyəti, təəssüf ki, çox zəifdi. Bu tələbi canlandırmaq və ya bu imkanların bərpası, hansılar ki, qaçılmaz olaraq sistemlərin arxitekturasında mütləq dəyişikliklər tələb edəcək, gələcək illər və onilliklərdə dünya qarşısında duran ən böyük məsələlərdən biridir ”, dedi.
Cənab Qarri, COVID-19 pandemiyasının, ƏM sahəsində qlobal xidmətlərin göstərilməsi hesabına gəlir əldə edən Təşkilatın maliyyə vəziyyətinə hələ mənfi təsir göstərmədiyini bildirdi; buna baxmayaraq, dünyada iqtisadi vəziyyətin inkişafı ilə bağlı tendensiyaları yaxından izləmək lazımdır.
Cənab Qarri Assambleyanın açılışı zamanı 2020-ci il 1 oktyabr tarixindən rəsmi olaraq ÜƏMT-nın Baş direktoru vəzifəsini icra edəcək cənab Tanı salamladı.
"Ona işində uğurlar arzulayıram və əminəm ki, onun rəhbərliyi altında Təşkilat böyük uğurlar qazanacaq və hər istiqamətdə irəliləyiş əldə edə biləcək".
Baş director seçilmiş Daren Tan, cənab Qarrinin Baş direktorolduğu müddətdə qazandığı "parlaq nəticələrə" öz "səmimi heyranlığını" dilə gətirdi. “Sizin rəhbərliyiniz və gələcək həmkarlarımın fədakarlığı sayəsində bu Təşkilatdərin hörmətə və nüfuza malikdir. Sizin qoyduğunuz təməllərlə gələcək çox ümidverici görünür və mən ÜƏMT-nın yeni fəaliyyət mərhələsində Sizin əvəzsiz səylərinizi davam etdirə biləcəyim anı böyük coşqu ilə gözləyirəm. Əminəm ki, hər kəs mənim Sizin üçün olan ən dərin və səmimi arzularıma qoşulacaq, Sizin gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”.
Cənab Qarri öz geniş təqdimatında Baş direktor olduğu 12 il ərzində Təşkilatın işində baş verən müsbət dəyişiklikləri vurğuladı.
Cənab Qarri: "Son 12 il təşkilat üçün uğur və inkişaf dövrü oldu".
Cənab Qarri dünyada yeniliyin stimullaşdırılmasına və yayılmasına kömək edən ÜƏMT-nın qlobal IP sistemlərinin böyüməsindən və ÜƏMT tərəfindən idarə olunan müqavilələrdə iştirak edənlərin sayının artmasından da danışdı, əksəriyyəti inkişafetməkdə olan və ən az inkişaf etmiş ölkələrin 400-dən çox yeni üzvün onlara qoşulduğunu bildirdi. Cənab Qarri, onun səlahiyyət müddətində bağlanmış və qüvvəyə minən iki yeni müqaviləni - Pekin və Marakeş müqavilələrini vurğuladı.
Cənab Qarrinin sözlərinə görə, Təşkilatın maliyyə vəziyyəti yüksək səviyyədədir. Daimi profisit Təşkilatın borcdan azad olmasına və xalis aktivlərin elə artmasının əldə edilməsinə (hal-hazırda 364 milyon İsveçrə frankı) imkan verdi ki, bu, Üzv Dövlətlərin təyin etdiyi hədəf göstəricisini keçdi. Cənab Qarrinin fikrincə, bu, qlobal ƏM sistemləri çərçivəsində alınan rüsumları artırmadan mümkün oldu.
Cənab Qarri Təşkilatın işində inkişaf səylərinin artması məqsədlərinə xüsusi əhəmiyyət verilməsinə nail olunduğunu, gündəmin inkişafının isəbir çox sahələrdə tövsiyələr kompleksindən konkret reallaşmağa doğru getdiyini bildirdi. O həmçinin, Davamlı İnkişaf Məqsədlərinin müxtəlif yollarla əldə olunmasına töhfə verən bir sıra uğurlu dövlət-özəl tərəfdaşlıq əlaqələrini vurğuladı.
Təşkilatın sərəncamında İT əsasında platformalar, məlumat bazaları və xidmətlər də daxil olmaqla,eyni zamanda iqtisadi təhlil, Qlobal İnnovasiya İndeksi, statistik təhlil və verilənlər təhlili də daxil olmaqla yeni proqram və xidmətlər yaranmışdır.
Cənab Qarri, ÜƏMT-da aparılan abadlıq işlərini vurğulayaraq, vaxtında və büdcə daxilində başa çatdırılmış iki böyük yeni binanın istifadəyə verildiyini qeyd etdi.
Bundan əlavə, Təşkilat rəqəmsal transformasiya mərhələsindən keçib: xarici istifadəçilərə göstərilən bütün xidmətlər elektron platforma çərçivəsində həyata keçirilir. Qarri, COVID-19 pandemiyasının ilk mərhələsində Təşkilatın bütün inzibati və idarəetmə proseslərinin rəqəmsal formata keçdiyini qeyd etdi.
"Mənə elə gəlir ki, bütün maraqlı tərəflər, eləcə də Təşkilatın fəaliyyətinə töhfə verənlər və, ilk növbədə, Üzv Dövlətlər, Təşkilatın kollektiv səyləri sayəsində əldə edə bildikləri irəliləyişdən razı qalmalıdırlar".
Baş direktor Qarri, Baş Assambleyanın Sədri, səfir Ömər Znibere, Mərakeş Krallığının Birləşmiş Millətlər Təşkilatı və Cenevrədəki digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsinə və ÜƏMT Koordinasiya Komitəsinin sədri, səfir Fransua Rivassoya, Fransanın Birləşmiş Millətlər Təşkilatındakı Daimi Nümayəndəsinə və Cenevrədəki digər beynəlxalq təşkilatlara təşəkkür etdi. O, həmçinin "yüksək səviyyəli istedadlı mütəxəssislər" kimi xarakterizə etdiyi Təşkilatın yüksək rəhbərliyinə və digər əməkdaşlarına təşəkkür etdi.
“Baş direktor vəzifəsini icra etmək fürsəti mənim üçün böyük bir imtiyaz idi. Ən böyük imtiyaz isə dünyanın müxtəlif bölgələrindən olan bir çox insanla tanış olmaq fürsəti olmuşdur”. Bu, dünyanın bütün zənginliyini və müxtəlifliyini dərk etməyimə və hamımızın eyni insan irsini, təcrübəsini və kimliyini paylaşdığımızı anlamağa imkan verdi."
Baş direktor həmçinin 2008-ci ildən ÜƏMT-da vəzifəyə başlamasındanindiyə qədər əldə etdiyi uğurları əks etdirən hesabatın daha dolğun versiyasını təqdim etdi.