Ümumdünya Əqli Mülkiyyət Təşkilatı musiqi əsərlərinin kollektiv idarəolunmasına dair vebinar keçirəcək
2022-ci il 16 mart tarixində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) müəllif hüquqları infrastrukturu üzrə vebinar keçirəcək.
Tədbir musiqi əsərlərindən istifadə zamanı hüquqların kollektiv idarəolunması sahəsində Braziliyanın bir pəncərə (one-stop shop) təcrübəsinə həsr olunur.
Vebinarda iştirak etmək istəyənlər ÜƏMT-nın internet saytında qeydiyyatdan keçə bilərlər.