Çağrı Mərkəzi: 960
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyəti Nazirlər Kabinetində olub

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının nümayəndə heyəti Nazirlər Kabinetində olub

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov ölkəmizdə səfərdə olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktorunun müavini Hasan Kleybin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında uğurlu əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Ə.Əhmədov Azərbaycanda əqli mülkiyyət sahəsində aparılan ardıcıl islahatlar barədə məlumat verib. Baş nazirin müavini dövlətimizin başçısı tərəfindən iqtisadiyyatın davamlı inkişafının, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılmasının və insan kapitalına investisiyaların qoyuluşunun başlıca strateji məqsədlərdən biri kimi müəyyənləşdirildiyi vurğulanıb.

Görüşdə eyni zamanda,Azərbaycan ilə ÜƏMT arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×