Çağrı Mərkəzi: 960
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində “Şəhər inkişafı və texnologiyalar: Ağıllı şəhərlər və əqli mülkiyyət” mövzusunda sessiya keçirilib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində “Şəhər inkişafı və texnologiyalar: Ağıllı şəhərlər və əqli mülkiyyət” mövzusunda sessiya keçirilib

Avrasiya Patent İdarəsinin (APİ) prezidenti Qriqoriy İvliyevin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədova, APİ-nin prezidentinin müşaviri Emil Məmmədov, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Gülnarə Rüstəmova və digərləri “ağıllı şəhər”lərin formalaşmasında texnologiyaların və əqli mülkiyyətin roluna dair fikirlərini bölüşüblər.

Sessiya zamanı müasir şəhər inkişafında innovasiyaların rolu, süni intellektin tətbiqi və rəqəmsal transformasiya məsələləri müzakirə olunub. Çıxış edənlər qeyd ediblər ki, patent məlumatları tikinti və şəhərsalma sahəsində yeni meyillərin və perspektivli istiqamətlərin müəyyənləşdirilməsində mühüm rol oynayır. Sessiyada Avrasiya regionu üzrə konkret nümunələr əsasında tikinti sahəsində patent dinamikası, “ağıllı şəhər”lərdə süni intellektin tətbiqi və memarlıq sahəsində intellektual mülkiyyətlə bağlı çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Sessiyada Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov, agentliyin nümayəndələri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyəti, beynəlxalq ekspertlər, xarici qonaqlar və biznes ictimaiyyətinin nümayəndələri iştirak ediblər.



Sənədlərin ONLAYN qəbulu PƏNAH xidmətiSənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə Baxan APELLYASİYA ŞURASITransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərMəktub YazRekvizitlərZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzApellyasiya şurasına müraciəthttps://azranking.az/'Əqli mülkiyyət' jurnalıWIPOhttps://www.epo.org/index.htmlEAPOFİPS jurnalı
Search×