Çağrı Mərkəzi: 960
UNESCO-nun Baş direktoru Odre Azulenin Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə müraciəti

UNESCO-nun Baş direktoru Odre Azulenin Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə müraciəti

23 aprel, 2022-ci il

Kitablar bəşəri təcrübənin müxtəlifliyini əks etdirərək, çox uzaq zamanlardan insanların öz təxəyyüllərində həm real, həm də uydurma dünyalar yaratmaq qabiliyyətini təcəssüm etdirir. Onlar bizə ideya mübadiləsi aparmağa, məlumat almağa və müxtəlif xalqların mədəniyyətinin bütün zənginliyini çatdırmağa kömək edərək, insanları ayıran məkan və zamandan asılı olmayaraq onların arasında geniş dialoq imkanları açır.

Şəxsiyyətin inkişafını təşviq etmək və cəmiyyətdə dəyişiklikləri stimullaşdırmaqda kitablar danılmaz potensiala malikdirlər. Tanınmış Nigeriyalı yazıçı Çimamanda Nqozi Adiçinin təbirincə, “yazmağa qərar vermək, susmaqdan imtina etmək deməkdir”.

Məhz buna görə YUNESKO, misal üçün, özünün Dünya Kitab Paytaxtı proqramı çərçivəsində, kitablara əlçatanlığı təmin etmək və oxumağı öyrətməyə yardım etmək əzmindədir. 2022-ci il Dünya Kitab Paytaxtı, harada ki bütün il üçün nəzərdə tutulan sosial dəyişikliyin təşviq edilməsində, zorakılıqla mübarizədə və sülh mədəniyyətinin qurulmasında kitab və mütaliənin rolu haqqındaproqram həyata keçiriləcək, Meksikanın Qvadalaxara şəhəri elan edilib

Kitablar sosial rifahı təmin etmək üçün vacib əhəmiyyət kəsb edir, lakin nəşriyyat sənayesi hazırda, ilk növbədə rəqəmsal transformasiya ilə bağlı, böyük bir sarsıntı keçirir. Bu çətinliklər xüsusilə istehsal-satış zəncirinin bütün mərhələlərində gəlirlərin azalmasının digər yaradıcı peşələrin nümayəndələri ilə yanaşı müəlliflərin və kitab satıcılarının da həssaslığının artmasına gətirən COVID-19 pandemiyası zamanı açıq-aydın oldu. Dərc olunan nəşrlərin sayının qaçılmaz azalması ilə əlaqədar mədəni müxtəliflik də təhlükə altına düşdü.

Qeyri-müəyyənlik dövründə biz kitabları ümid və dialoq rəmzi kimi qorumalıvə müdafiə etməliyik. Bu, ədəbi irsimizi populyarlaşdıran yaradıcı sektor işçiləri – yazıçılar, redaktorlar, naşirlər və tərcüməçilər ilə həmrəy olmaq deməkdir. Bu mütəxəssisləri qorumaq və onların peşələrinin dəyərinin tanınmasını təmin etmək lazımdır, çünki onlarqitələr və mədəniyyətlər arasında körpülərin qurulmasına kömək edirlər.

YUNESKO bu məqsədə nail olmaqda qətiyyətlidir. Rəqəmsal texnologiyaların nəşr sənayesinin simasını dəyişdirdiyi bir vaxtda, biz müəlliflərin ədalətli mükafatlandırılmasının və mədəni müxtəlifliyin qorunmasının tərəfdarıyıq. Biz, Beynəlxalq Müəlliflər Forumu, Beynəlxalq Kitabxana Assosiasiyaları və Təsisatları Federasiyası və Beynəlxalq Nəşriyyatçılar Assosiasiyası ilə əməkdaşlıq vasitəsilə naşirlərin işini dəstəkləyirik.

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günündə mən YUNESKO-nun bütün tərəfdaşlarını bunun dərkini yaymağa çağırıram ki, kitablar müasir problemlərin həllinə, siyasi və iqtisadi reallıqların öyrənilməsinə, bərabərsizliyə və bilərəkdən yalan məlumatların yayılması ilə mübarizəyə təşviq edən bir qüvvədir. Gənc nəslin tərbiyəsindən söz gedəndə, kitab müəlliflərinin danışdığı tarixçələr olduqca effektiv alət olurlar.

Şübhəsiz ki, kitablar bütün dünyada təhsilin, elmin, mədəniyyətin və informasiyanın əlçatanlığı, yayılması və inkişafının təmin edilməsində həyat əhəmiyyətli rol oynayırlar. Məhz buna görə, hər il dünya ədəbiyyatının üç böyük nümayəndəsi - Migel de Servantesin, Uilyam Şekspirin və İnka Qarsilaso de la Veqanın dünyasını dəyişdiyi gün, aprelin 23, biz onların ecazkar qabiliyyətlərinə, hansılara görə ki yenilikçi ideyalar yaranır, biliklər artır və insanların dünyagörüşü dəyişir, lazımi dəyəri veririk.


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×