Əqli Mülkiyyət Agentliyində “Əqli mülkiyyətə giriş” adlı təlim kursuna yekun vurulub
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin həmtəsisçiliyi ilə yaradılmış “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” tərəfindən həyata keçirilən təlim kursu müvəffəqiyyətlə başa çatıb.
“Əqli mülkiyyətə giriş” təlim kursunda Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzlərinin 14 əməkdaşı iştirak edib.
Xatırladırıq ki, məruzəçilər tərəfindən kursun məzunlarına müəlliflik hüququ və əlaqəli hüquqlar, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstəricilər.haqqında geniş məlumatlar verilmişdir. Həmçinin təlim kursunda əqli mülkkiyyət obyektlərinin qeydiyyata alınması, onlardan istifadə hüquqları haqqında və əqli mülkiyyət sahəsində beynəlxalq konvensiya, müqavilə və sazişlərin Azərbaycan Respublikası ərazisində qüvvədə olması barədə ətraflı məlumatlar verilmiş və qeyd edilən sahələrlə bağlı ümumi aspektlər əhatə edilmişdir.
“Əqli mülkiyyətə giriş” adlı təlim kursunun yekununa görə dinləyicilərin peşəkar biliklərini və işgüzar keyfiyyətlərini qiymətləndirmək məqsədilə test formasında kursa aid sual (50 sual) və cavablar hazırlanmışdır. Testin nəticələrinə görə dinləyicilərə əldə etdikləri bilik və bacarıqlarını təsdiq edən Sertifikat verilməsi nəzərdə tutulmuşdur.
Təlimin yekunu ilə bağlı 12 sentyabr 2023-cü il tarixində keçirilən tədbirdə kursu müvəffəqiyyətlə başa vurmuş hər iki Mərkəzin 14 nəfər dinləyicilərinə Sertifikatlar təqdim edilmişdir.
Tədbirdə Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynov, Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev və “Əqli Mülkiyyət Milli Təlim Mərkəzi” MMC-nin direktoru Zahir Hacıyev çıxış edərək dinləyiciləri təbrik etmiş, əldə etdikləri bilikləri öz gündəlik işlərində tədbiq edəcəklərinə ümidvar olduqlarını bildirmiş, onlara uğurlar arzulamışlar.