Çağrı Mərkəzi: 960
Milli patent sahiblərinin nəzərinə: Avrasiya Patent İdarəsinin (APİ) Əczaçılıq reyestri yaradılmışdır

Milli patent sahiblərinin nəzərinə:  Avrasiya Patent İdarəsinin (APİ) Əczaçılıq reyestri yaradılmışdır

Avrasiya Patent İdarəsinin Əczaçılıq reyestri beynəlxalq qeyri-patent adları (BQA) verilmiş farmakoloji aktiv maddələrlə bağlı ixtiralara dair patentlər haqqında məlumatları özündə əks etdirən məlumat axtarış resursudur.

Reyestr maraqlı tərəfləri Avrasiya Patent Konvensiyasının (APK) üzv-dövlətlərinin ərazisində qorunan əczaçılıq sahəsində ixtiralara müstəsna hüquqlar barədə məlumat vermək üçün yaradılmışdır və patent sahiblərinə hüquqlarının qorunması üçün əlavə vasitə təmin edir.

APİ-nin Əczaçılıq Reyestrinə farmakoloji aktiv maddələrin (ümumi struktur formula ilə təsvir olunanlar da daxil olmaqla kimyəvi birləşmələr, biotexnoloji məhsullar, farmakoloji aktiv maddələrin kompozisiyaları və birləşmələri), farmakoloji cəhətdən aktiv maddələrin əldə edilməsi üsulları və onların tibbi tətbiqlərin qorunduğu patentlər haqqında məlumatlar daxil edilir. Reyestrdə həmçinin APK-nın üzv-dövlətlərində müvafiq patentlərin hüquqi statusu, bağlanmış lisenziya müqavilələri, habelə bu dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş dərman vasitələrinin qeydiyyatı haqqında şəhadətnamələr haqqında məlumatlar da toplanır.

Hazırda APİ APK-nın üzv-dövlətlərinin milli patentləri haqqında məlumatların reyestrə daxil edilməsi imkanını verir. Bu məqsədlə milli patent sahibləri birbaşa APİ-nə müraciət edə bilərlər. Müraciət üçün tələb olunan sənədlər və ona baxılması proseduru Avrasiya Patent Təşkilatının (APT) internet portalında yerləşdirilmiş Əczaçılıq Reyestrinin aparılması Qaydası ilə müəyyən olunub.

Milli patentlərin hüquqi statusu haqqında məlumatların vaxtında yenilənməsi üçün məlumat mübadiləsinin texniki aspektləri APK-nın üzv-dövlətlərinin patent ofisləri ilə fərdi qaydada razılaşdırılacaq.

Milli patentlər haqqında məlumatların APİ-nin Əczaçılıq reyestrinə daxil edilməsi patent sahiblərinə patent hüquqlarının pozulması ilə bağlı mübahisələr, dərman vasitələrinin bazara çıxarılması üçün dövlət qeydiyyatına alınması, dövlət satınalmalarının keçirilməsi və dərman vasitələrinin dövriyyəsinə dair digər hərəkətlərin aparılması prosedurları çərçivəsində hüquq pozuntularının qarşısını almaq, eləcə də yalnız regional deyil, həm də milli səviyyədə qorunan patent hüquqlarını təminatında əlavə vasitə verəcəkdir.

APİ-nin Əczaçılıq reyestri ilə bağlı əlaqələndirici şəxs: Çeban Aureliya Viktorovna

Tel.: +7(495)6066237, E-mail: aceban@eapo.org


Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×