Ümumdünya Əqli Mülkiyyət Təşkilatı musiqi əsərlərinin kollektiv idarəolunmasına dair vebinar keçirəcək
![Ümumdünya Əqli Mülkiyyət Təşkilatı musiqi əsərlərinin kollektiv idarəolunmasına dair vebinar keçirəcək](http://files.copat.gov.az/source/1/DpyoHTewHXH3F9WPprow9eu8qZLU8Vau.jpg)
2022-ci il 16 mart tarixində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) müəllif hüquqları infrastrukturu üzrə vebinar keçirəcək.
Tədbir musiqi əsərlərindən istifadə zamanı hüquqların kollektiv idarəolunması sahəsində Braziliyanın bir pəncərə (one-stop shop) təcrübəsinə həsr olunur.
Vebinarda iştirak etmək istəyənlər ÜƏMT-nın internet saytında qeydiyyatdan keçə bilərlər.