Çağrı Mərkəzi: 960
Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “İntizar” mahnısının erməni ifaçı Artash Asatryan tərəfindən, Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi “Yeni il mahnısı”nın isə erməni ifaçı Tiqran Asatryan tərəfindən mənimsənilməsi aradan qaldırılmışdır

Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “İntizar” mahnısının erməni ifaçı Artash Asatryan tərəfindən, Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi “Yeni il mahnısı”nın isə erməni ifaçı Tiqran Asatryan tərəfindən mənimsənilməsi aradan qaldırılmışdır

Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “İntizar” mahnısının erməni ifaçı Artash Asatryan tərəfindən, Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi “Yeni il mahnısı”nın isə erməni ifaçıTiqran Asatryan tərəfindən mənimsənilməsi aradan qaldırılmışdır

Xalq artisti Elmira Rəhimovanın ifa etdiyi “İntizar” mahnısının musiqisi bəstəkar Nüşabə Muradovaya və sözləri Südabə Şəfaya məxsusdur. Mahnı ilk dəfə 1979-cu ildə ifa edilmişdir (açıqlanmışdır). Mahnının musiqi müəllifi N.Muradovanın müraciətinə əsasən “İntizar” mahnısı Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilmiş və “Əsərin qeydiyyatı haqqında Şəhadətnamə” verilmişdir.

Özünü “İntizar” mahnısının söz və musiqi müəllifi kimi qeyd edən erməni Artash Asatryan onu “Ter Hisus Ari” adı iləifa etmiş vəYoutube-nin “https://www.youtube.com/watch?v=5GycJzLzwuY” səhifəsində yerləşdirmişdir. Bununla da erməni ifaçı Artash Asatryan tərəfindən mahnının azərbaycanlı müəllifləri N.Muradova və S.Şəfanın şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqları pozulmuşdur.

Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi “Yeni il mahnısı”nın musiqisi isə bəstəkar Gülər Həsənovaya və sözləri şair Baba Vəziroğluna məxsusdur. Mahnı ilk dəfə 1999-cu ildə ifa edilmişdir (açıqlanmışdır). Mahnının musiqi müəllifi G.Həsənovanın müraciətinə əsasən “Yeni il mahnısı” 2001-ci ildə Əqli Mülkiyyət Agentliyində (o zamankı Müəllif Hüquqları Agentliyi) qeydiyyatdan keçirilmiş və “Əsərin qeydiyyatı haqqında Şəhadətnamə” verilmişdir.

“Yeni il mahnısı” erməni ifaçı Tiqran Asatryanın ifasında “Qez Hamar” adı ilə Youtube-nin “https://www.youtube.com/watch?v=OQSbC6Dr3Pc” səhifəsində yerləşdirilmiş və bununla da Tiqran Asatryan tərəfindən mahnının müəllifləri G.Həsənovanın və B.Vəziroğlunun şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) hüquqlarını pozmuşdur.

Qeyd edilən hər iki məsələ ilə bağlı Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində rəqəmsal şəbəkələrdə müəlliflərin, ifaçıların və fonoqram istehsalçılarının əmlak hüquqlarının kollektiv əsasda idarə edən “Rəqəmli və Audiovizual Yayım Sənayesi” İctimai Birliyinin (RAYS) texniki yardımı ilə Artash Asatryanın ifasında “Ter Hisus Ari” və Tiqran Asatryanın ifasında “Qez Hamar” adlı mahnılar Youtube-nin qeyd edilən səhifələrindən silinmişdir.

Bununla da “İntizar” manısının müəllifləri Nüşabə Muradova və Südabə Şəfanın, “Yeni il mahnısı”nın müəllifləri Gülər Həsənovan və Baba Vəziroğlunun şəxsi (qeyri-əmlak) və əmlak (iqtisadi) pozulması faktı Youtube rəhbərliyi tərəfindən öz təsdiqini tapmış və adları göstərilən müəlliflərin pozulmuş hüquqları bərpa edilmişdir.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×