Çağrı Mərkəzi: 960
Zaqatala şəhərində “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı” mövzusunda növbəti tədbir keçirilib

Zaqatala şəhərində “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı” mövzusunda növbəti tədbir keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və Əqli Mülkiyyət Agentliyinin iştirakı ilə “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyi tərəfindən “Əqli mülkiyyət hüququ sahiblərinin müdafiə potensialının artırılması” layihəsi çərçivəsində Zaqatala şəhərində “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı” mövzusunda növbəti təlim təşkil olunub.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialının professor-müəllimləri, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının üzvləri, habelə bölgənin tanınmış müəllifləri və maraqlı şəxslər iştirak ediblər.

Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala Filialında keçirilən tədbiri filialın kafedra müdiri Səfər Rzayev açaraq, ölkəmizdə yaradıcılığa və yaradıcı şəxslərə böyük diqqət və qayğı göstərildiyini vurğulayıb. Qeyd olunub ki, yaradıcı şəxslərin əqli mülkiyyət hüquqları ilə bağlı məlumatlılığının və sahə üzrə hüquqi biliklərinin artırılmasında belə tədbirlərin böyük rolu vardır.

“Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, BDU-nun dosenti, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov bu mövzuda tədbirlərin məqsədinin yaradıcı şəxslərin əqli mülkiyyət obyektlərindən istifadə ilə bağlı biliklərinin artırılması və yaradıcılıq potensialının gücləndirilməsi istiqamətində görülən işlərə dəstək verilməsi olduğunu bildirib. O, daha əvvəl keçirilmiş təlimlərin iştirakçılar tərəfindən maraqla qarşılandığını, tədbirlərin təşkil olunduğu bölgələrdə geniş rezonans doğurduğunu, bugünkü tədbirin də əqli mülkiyyət hüquqları sahiblərinin sahə üzrə biliklərinin artırılmasına fayda verəcəyinə ümid etdiyini qeyd edib. Eyni zamanda bu tədbirlərin reallaşdırılmasında Mədəniyyət Nazirliyinin və Əqli Mülkiyyət Agentliyinin rolunu xüsusi vurğulayıb.

Sonra Əqli Mülkiyyət Agentliyinin eksperti Natiq İsayev və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin hüquqşünası Aydın Kərimov mövzu ilə bağlı çıxış ediblər.

N.İsayev əqli mülkiyyət sahəsində mövcud qanunvericilik bazası və idarəçilik sistemi barədə məlumat verərək, müəllif hüquqlarının qorunması, yaradıcılıq fəaliyyətinə dəstək verilməsi və stimullaşdırılmasının həmişə dövlət siyasətinin prioritetləri sırasında olduğunu iştirakçıların nəzərinə çatdırıb, Əqli Mülkiyyət Agentliyində yaradılmış qeydiyyat, o cümlədən elektron qeydiyyat sisteminin müəllif hüquqlarının qorunması və müdafiəsi sahəsində əhəmiyyətindən danışıb. Həmçinin əsərlərin qeydiyyatı qaydaları, müəllif müqavilələrinin düzgün tərtib edilməsinin əhəmiyyəti, müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyəti, əsərlərdən istifadə olunmasında həmin təşkilatların rolu, bu təşkilatlarda üzvlük məsələləri barədə məlumat verilib.

Tədbirdə çıxış edən A.Kərimov yaradıcı şəxslərin yaratdıqları əqli mülkiyət nümunələrinin kommersiya məqsədilə istifadəsinin düzgün təşkl edilməsinin onların maddi vəziyyətinin yaxşılaşmasında əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, mövcud qanunvericiliyin bu sahədə yaratdığı imkanlardan yararlanmaq vərdişlərinin aşılanması vacib məsələdir. O, müəllif hüquqları və onların qorunması mexanizmlərinin, praktiki bacarıqların öyrənilməsi və tətbiq edilməsi ilə bağlı tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.

İnteraktiv rejimdə keçirilən təlimdə iştirakçıların çoxaylı sualları cavablandırılıb.

Tədbirdə Əqli Mülkiyyət Agentliyi tərəfindən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifliyi ilə nəşr olunan əqli mülkiyyətin müxtəlif sahələrinə aid kitablar tədbir iştirakşılarına paylanılıb.





Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×