Çağrı Mərkəzi: 960
20 Yanvar faciəsi xalqımızın müstəqillik uğrunda mübarizə tarixinin şərəfli səhifəsidir

20 Yanvar faciəsi xalqımızın müstəqillik uğrunda mübarizə tarixinin şərəfli səhifəsidir

Bu gün Azərbaycan xalqının qəhrəmanlıq nümunəsi olan 20 Yanvar faciəsindən 32 il ötür. 20 Yanvar faciəsi xalqımızın iradəsinin sarsılmazlığının və mətinliyinin sübutu, müstəqillik və suverenlik uğrunda aparılan mübarizə tariximizin şərəfli səhifəsidir.

Qeyd edək ki, keçmiş SSRİ-nin o zamankı rəhbərliyi xalqımızın istiqlaliyyət, suverenlik və azadlıq istəyini boğmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələrini Bakı şəhərinə yeritmiş və mülki əhaliyə qarşı qırğın törədilmişdir. Nəticədə 147 Azərbaycan vətəndaşı qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər isə qanunsuz həbs edilmişdir.

O dövrlər Moskvada yaşayan Ümummilli lider Heydər Əliyev faciənin ertəsi günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək kəskin bəyanatla çıxış etmiş, bu qırğına görə Sovet rəhbərliyini qınamış, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırmışdır.

Sovet rəhbərliyinin xalqımızın iradəsini sındırmaq cəhdi baş tutmadı, tezliklə Azərbaycan öz müstəqilliyini bərpa etdi. 20 Yanvar faciəsi xalqımızın yaddaşında müstəqilliyə gedən yol, milli qürur, iftixar, milli müqavimət günü kimi əbədi həkk olunub. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə 20 Yanvar faciəsi barədə dediyi kimi, “bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.

Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasında, dövlət müstəqilliyinin bərpa edilməsində mühüm rol oynamışdır. Həmin hadisələr zamanı həlak olan şəhidlərimiz Azərbaycanın tarixinə parlaq səhifə yazıblar və xalqımız tərəfindən daim ehtiramla yad ediləcəklər.

Faciənin ildönümü ilə əlaqədar Əqli Mülkiyyət Agentliyinin Aparatının və tabeliyində olan qurumların əməkdaşları Şəhidlər Xiybanını ziyarət etmiş, şəhidlərin məzarları önünə təzə-tər qərənfillər düzülmüş, ruhları ehtiramla anılmışdır.



Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×