Çağrı Mərkəzi: 960
23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

UNESCO-nun Baş konfransının 1995-ci il 25 oktyabr - 16 noyabr tarixlərində Paris şəhərində keçirilən 28-ci sessiyasında qəbul edilmiş qərara əsasən, 23 aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi təsis edilib və hər ilin bu günündə bütün dünyada təntənəli şəkildə qeyd olunur, əksər ölkələr bununla əlaqədar hər il müxtəlif formatlı tədbirlər təşkil edirlər.

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi barədə qərar kitaba, müəlliflərə, müəlliflik hüququna beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək dəyərin bariz nümunəsidir. Belə bir qərar qəbul etməklə UNESCO kitabları və müəlliflik hüququnu təbliğ edir, yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatımlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir. 23 aprel tarixini qeyd edərkən, biz ideya və biliklərin yayıcılarına – naşirlərə, kitab ticarəti şəbəkələrinə və kitabxanalara da lazımi qiymət veririk.

23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü Azərbaycanda 1997-ci ildən başlayaraq təntənəli şəkildə qeyd olunur. Bununla əlaqədar, hər il Əqli Mülkiyyət Agentliyi tərəfindən silsilə tədbirlər, o cümlədən milli və beynəlxalq konfranslar təşkil olunur, müəlliflər və hüquq sahibləri ilə görüşlər keçirilir, müəlliflik hüququna hörmətin aşılanması məqsədilə kitab sərgiləri təşkil olunur, belə sərgilərdə görkəmli müəlliflərin əsərləri, eləcə də Agentliyin dərc etdirdiyi müxtəlif nəşrlər nümayiş etdirilir. Bu cür tədbirlərin keçirilməsi ilə bəşəriyyətin ən gözəl ixtirasının - kitabların sehrli qüvvəsinin və onların yaradıcılarının – bilik xaliqlərinin müəllif hüquqlarının tanınması təsdiqlənir və dəstəklənir.

Son illər ənənəvi olaraq, ölkəmizdə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan konfranslar “Qədim mətnlər və klassik mənbələr erməniçilik uydurmalarını ifşa edir” devizi altında keçirilir. Görkəmli alimlərin, mütəxəssislərin qatıldığı belə tədbirlərdə qədim mətnlər, tarixi mənbələr, faktlar əsasında erməni saxtakarlıqları və plagiatı ifşa edilir.

Erməni saxtakarlığı və plagiatının ifşa edilməsi Agentliyin fəaliyyətində həmişə prioritet istiqamət kimi saxlanılır. Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, ənənəvi mədəni (folklor) nümunələrin, ənənəvi biliklərinin və digər qeyri-maddi mədəni irs nümunələrinin əsrlər boyu ermənilər tərəfindən oğurlanması, mənimsənilməsi və saxtalaşdırılaraq erməni yaradıcılıq əsərləri kimi təqdim olunması hallarına qarşı mütəmadi olaraq tədbirlər görülür.

Cari ilin 22 aprel tarixində Əqli Mülkiyyət Agentliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə “Qədim mətnlər vəklassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarınıifşa edir və ya Azərbaycan torpaqlarına hay-erməni iddialarının davam etdirilməsi haqqında” mövzusunda konfrans-vebinar keçiriləcəkdir.

Tədbirin aktuallığını diqtə edən amil əsrlər boyu davam edən, ildən-ilə artan və yeni dövrün elmi-texniki nailiyyətlərindən istifadə etməklə hazırkı günümüzdə daha geniş vüsət alan, qonşu xalqların, ilk növbədə, Azərbaycan xalqının torpağına, mədəni irsinə və tarixinə yönlənmiş təcavüzkar erməni saxtakarlığı fenomeninin və erməni mifologiyasının ifşa edilməsidir.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×