Çağrı Mərkəzi: 960
26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda dəyirmi masa keçirilib

26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda dəyirmi masa keçirilib

2024-cü il 26 aprel tarixində Əqli Mülkiyyət Agentliyi təfərndən 26 Aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfrans iştirakçılarını salamlayıb və bu günün xüsusi əhəmiyyətini qeyd edib. O, bu il Beynəlxalq Əqli Mülkiyyət Gününün ilk dəfə Vətənimizin hər bir yerində qeyd olunduğunu vurğulayaraq, bunun əsasında Prezident İlham Əliyevin müstəsna rolunun, titanik fəaliyyətinin dayandığını bildirib. K.İmanov əqli mülkiyyət obyektlərinin qeydiyyatında müşahidə olunan artımı sadalayaraq Agentliyin son illərdə əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb.

Sonra K.İmanovun “İnnovasiya və yaradıcılıq naminə müəllifliyin dəstəklənməsi” mövzusunda məruzəsi dinlənilib. Məruzədə yaradıcılıq nəticəsinin fərdliliyinin müəllif-yaradıcının fərdiliyinin hüquqi tanınmasına səbəb olduğu və müəlliflik anlayışını izah etdiyi bildirilib. K.İmanov müəllifliyin, əldə edilmiş nəticənin yaradıcı xarakterinin hüquqi cəhətdən əhəmiyyətli faktı olmaqla, müəllifin fərdi yaradıcılıq nəticəsini öz yaradıcılıq əməyi, yoxsa əqli fəaliyyət nəticəsinin yaradıcılıq nəticəsi olmasından asılı olmayaraq, müəllifə intellektual məhsulun ilkin hüquqlarının verilməsi üçün əsas olduğunu qeyd edib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva çıxış edərək əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termininin bir yenilik olduğunu vurğulayıb. O, K.İmanovun erməni yalanlarının ifşa edilməsi ilə bağlı yazdığı kitablarının bu sahədə qiymətli mənbə olduğunu bildirib.

Dəyirmi masada çıxış edən millət vəkili Siyavuş Novruzov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoruGülnaz Abdullazadə keçirilən tədbirin əhəmiyyətini vurğulayıb və Əqli Mülkiyyət Agentliyinin bu sahədə həyata keçirdiyi fəaliyyəti yüksək dəyərləndiriblər.

Daha sonra mətbuat üçün brifinq keçirilib. Brifinqdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov media nümayəndələri qarşısında çıxış edib və jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Dəyirmi masa mövzu ətrafında müzakirələrlə yekunlaşıb.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×