Çağrı Mərkəzi: 960
26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günüdür

26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Əqli mülkiyyət və gənclər: gələcək naminə innovasiya

Hər il aprelin 26-da biz əqli mülkiyyət (ƏM) hüquqlarının innovasiya və yaradıcılığın inkişafında oynadığı rol barədə danışmaq üçün Beynəlxalq Əqli Mülkiyyət Gününü qeyd edirik. Beynəlxalq Əqli Mülkiyyət Günü - 2022 gənclərin davamlı gələcəyə keçidi dəstəkləyən yeni və daha səmərəli həllər tapmaq üçün böyük potensialını qeyd etməlidir.

Bütün dünyada gənclər özlərinin enerji və ixtiraçılıq, maraq və yaradıcılıq potensialından istifadə edərək innovasiyaların köməyi ilə daha yaxşı gələcəyə nail olmaq üçün müxtəlif problemləri həll etmək çağırışlarına qoşulurlar. Yenilikçiyə, çox çalışmağa və yaradıcı ideyalarını reallaşdırmağa köklənən zəkalar daha davamlı gələcəyə doğru keçid üçün vacib olan dəyişiklikləri həyata keçirməyə kömək edir. Əqli mülkiyyət hüquqlarının daha yaxşı gələcək naminə sabahın gənclərinə necə dəstək ola biləcəyini kəşf edin.

2022-ci il Beynəlxalq Əqli Mülkiyyət Gününün mövzusu “Əqli mülkiyyət və gənclik: Gələcək naminə inovasiyalar”dır və diqqət mərkəzində innovasiya və gənclərin yaradıcılığı olacaqdır.

Müasir gənclər ixtiraçılıq və yaradıcılığın inanılmaz və əsasən istifadə olunmamış mənbəyidir. Gənclərin yeni baxışları, enerjisi, marağı və çətinlikləri dəf etməyə hazır olmaları, eləcə də daha yaxşı gələcəyə can atmaları artıq mövcud yanaşmaları dəyişdirir və innovasiya və dəyişikliyə stimul verir.

2022-ci il Beynəlxalq Əqli Mülkiyyət Günü gənclər üçün əqli mülkiyyət hüquqlarının öz məqsədlərinə necə dəstək ola biləcəyinə, ideyalarının reallığa çevrilməsinə kömək edə biləcəyinə, gəlir əldə edə biləcəyinə, iş yerlərinin yaradılmasına və ətrafındakı dünyaya necə müsbət təsir göstərə biləcəyini öyrənmək üçün bir imkandır. ƏM hüquqları gənclərə qarşıya qoyduqları məqsədlərinə çatmaq üçün vacib olan bəzi əsas alətlərə çıxış imkanı verir.

Kampaniya çərçivəsində gənclər ƏM sisteminin alətlərinin – əmtəə nişanları, sənaye nümunələri, müəllif hüquqları, patentlər, bitki növlərinə hüquqlar, coğrafi göstəricilər, ticarət sirləri və bir çox başqalarının onların daha yaxşı gələcək qurmaq cəhdlərinə necə kömək edə biləcəyini daha yaxşı başa düşə biləcəklər.

Biz həmçinin gənc ixtiraçıların, müəlliflərin və sahibkarların inkişafı üçün hüquqi və siyasi mühitin yaradılması üzrə milli və regional səylərin dəstəklənməsində ÜƏMT-nin roluna daha yaxından nəzər salacağıq.

Keçən il biz Ümumdünya Əqli Mülkiyyət Günündə rekord səviyyədə iştirakı müşahidə etdik. Sizin köməyinizlə Ümumdünya Əqli Mülkiyyət Günü - 2022 yeni zirvələrə çatacaq.

Gənclər sabahın yenilikçiləri, yaradıcıları və sahibkarlarıdır. Gənclər öz yaradıcılıqları və ixtiraları sayəsində planetin bütün regionlarında dəyişikliklərə təkan verir və daha yaxşı gələcəyə doğru yol açırlar.

Ümumdünya Əqli Mülkiyyət Günü - 2022 dünyanı dəyişdirənbu maraqlı nəslin xidmətlərini qeyd edir.

Z nəsli və Millenniallar: sabahın yaradıcıları

Müasir gənclər yaradıcılıq və ixtiraçılıq üçün inanılmaz və əsasən istifadə olunmamış mənbədir. Bu gün dünyada 1,8 milyarda yaxın gənc (24 yaşa qədər) var. Onların 90 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Yaxın illərdə gənclərin (35 yaşa qədər) ümumi nisbətdə payı artacaqdır. Gənclər bütün regionlarda dəyişikliklərin təbii bələdçiləridirlər, onlar daha yaxşı gələcəyə yol açırlar.

Millenniallar və Z nəsli dünyanı dəyişdirənlərdir; onlar praqmatiklərdir və öz fikirlərini söyləməkdən və status-kvonu pozmaqdan qorxmurlar. Bu günün gəncləri rəqəmsal mühitin sakinləridir. Onlar fiziki və rəqəmsal məkan arasındakı sərhədlərin silindiyi mobil telefonlar və İnternetlə əlaqəli bir dünyada böyümüşlər. Bu, ola bilsin ki, tarixdə ən təşəbbüskar, innovativ və yaradıcı nəsil formalaşdırıb.

Biz bütün gənclərə müraciət edirik: harada özünüzü göstərmək istəyinizdən asılı olmayaraq – incəsənətdə, elmdə, texnikada – ƏM hüquqları ilə dəstəklənən yaradıcı və innovativ düşüncə sizə dünyanı yaxşılığa doğru dəyişməyə kömək edəcəkdir. Elə isə bu ilki kampaniyada iştirak edin və ƏM-in sizin üçün necə faydalı ola biləcəyini öyrənin.

Biz siyasətin formalaşdırılmasına məsul olan hər kəsi gənc ixtiraçıların, müəlliflərin və sahibkarların ehtiyaclarına və problemlərinə diqqət yetirməyə və onların daha yaxşı gələcək naminə yeniliklər etmək səylərinə kömək edən və dəstəkləyən siyasət və proqramlar hazırlamağa çağırırıq.

COVID-19 pandemiyası ilə bağlı cari məhdudiyyətləri nəzərə alaraq, 2022-ci il Ümumdünya Əqli Mülkiyyət Günü kampaniyası hibrid formada olacaq.

Cari ilin 26 aprel tarixində Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının birgə təşkilatçılığı ilə Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə “Kreativ iqtisadiyyat: gələcək naminə innovasiyalar” mövzusunda konfrans-vebinar keçiriləcəkdir.

Sənədlərin ONLAYN qəbulu PƏNAHAppealTransferi Mərkəzi saytReyestrÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup51ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×