Çağrı Mərkəzi: 960
Əqli Mülkiyyət Agentliyində dövlət qulluqçularının etik davranış qaydalarına həsr olunan onlayn tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində dövlət qulluqçularının etik davranış qaydalarına həsr olunan onlayn tədbir keçirilib

Əqli Mülkiyyət Agentliyində “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən etik normalara dair dövlət qulluqçularının maarifləndirilməsi məqsədilə onlayn təlim keçirilib.

Tədbirdə çıxış edən Agentliyin Aparatının rəhbəri Natiq İsayev 2021-ci ilin xalqımız üçün Azərbaycanın 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı parlaq tarixi zəfərin xalqımıza bəxş etdiyi sonsuz sevinc və qürur hissləri, hərtərəfli yüksəliş və yaradıcılığın intibahı ruhunda keçdiyini qeyd edərək, Ermənistan ordusunun darmadağın edildiyini, bu yarımçıq dövlətin mifologiyaya əsaslanan ərazi iddialarının puç olduğunu bildirib. O, qalib millət ruhunun bütün sahələrdə olduğu kimi, əqli mülkiyyət sahəsinin də inkişafına, sahənin fəaliyyətinə cəlb olunan hər bir kəsin iş göstəricilərinin daha da artmasına böyük təkan verdiyini, sahə üzrə ölkə başçısı tərəfindən müəyyən edilən dövlət siyasətinin həyata keçirilməsində təşəbbüskarlığın artmasına təşviq etdiyini vurğulayıb.

Nümunəvi etik davranışın dövlət qulluqçuları üçün bir norma olaraq, onların fəaliyyətində nəzərə alınmasının ən vacib tələblərdən biri olduğunu qeyd edən Natiq İsayev bu tədbirin əsas məqsədinin dövlət qulluqçuları üçün önəmli məsələlərdən olan etik davranış qaydaları və onlara əməl edilməsi ilə bağlı müzakirələrin aparılması olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

N.İsayev dövlət qulluğunda çalışan əməkdaşlara, xüsusən gənclərə, onların peşə bacarıqlarının təkmilləşdirilməsi və müasir dövrün tələblərinə cavab verən gənc mütəxəssislər kimi formalaşmasına ölkəmizdə göstərilən qayğı və diqqəti xüsusi vurğulayaraq, dövlət qulluğunda çalışan hər kəsin vəzifə öhdəliklərini yüksək peşəkarlıqla, vicdanla və məsuliyyətlə yerinə yetirmələrinin vacibliyini nəzərə çatdırıb. O, COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində çalışan əməkdaşların fəaliyyətini yüksək qiymətləndirib.

Daha sonra Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin müdir müavini Əfsanə Mirzəzadə və digər çıxış edənlər “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun əsas məqsəd və prinsipləri, Agentliyin İdarə Heyətinin sədrinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin dövlət qulluqçularının etik davranış qaydaları” və dövlət qulluqçularının qarşılaşa biləcəkləri etik dilemmalar haqqında məlumat veriblər və etik davranış qaydalarına əməl olunmasına dair tövsiyələr ediblər.

Tədbirin sonunda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×