Əqli Mülkiyyət Agentliyində patent müvəkillərinin fəaliyyəti müzakirə edilib
Əqli Mülkiyyət Agentliyində patent müvəkilləri ilə görüş keçirilib. Agentliyin İdarə Heyətinin üzvü Sənan Tapdıqov əqli mülkiyyət sahəsində aparılan islahatlar, o cümlədən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununa ediləcək dəyişikliklər barədə məlumat verib. O, “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” “PƏNAH” rəqəmli informasiya sisteminin tətbiqi üzrə işlərin son mərhələdə olduğunu, rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüququ ilə qorunan obyektlərdən istifadə olunmasının idarəetmə sisteminin tətbiqi ilə bağlı bir sıra tədbirlərin artıq həyata keçirildiyi bildirib.
Görüşdə patent müvəkillərinin fəaliyyəti ilə əlaqədar aparılan işlər, mövcud problemlər müzakirə edilib.
Tədbirin sonunda mütəmadi olaraq bu formatda görüşlərin keçirilməsi qərarlaşıb.
Görüşdə Agentliyin İdarə Heyətinin sədrinin müşaviri Emin Zeynalov da iştirak edib.