Əqli Mülkiyyət Agentliyinin əməkdaşı sosial media üzrə təlimdə iştirak edib
2022-ci il 17-20 may tarixlərində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” (“İKT LAB”) tərəfindən "Dövlət qurumları üçün sosial medianın istifadəsi" üzrə təlim keçirilib.
Təlimdə “İKT LAB” əməkdaşları “Sosial şəbəkədən istifadənin məqsədi”, “Sosial şəbəkədə kontent idarəetmə”, “Sosial şəbəkə alqoritmləri”, “Sosial şəbəkələrdə aktivliyin idarə edilməsi”, “Yanlış informasiya və təhlükəsizlik” və digər mövzularda təqdimatlar edib, iştirakçıları maraqlandıran müxtəlif suallar ətrafında müzakirələr təşkil olunub.
Dörd gün çəkən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Təlimdə Əqli Mülkiyyət Agentliyinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdir müavini-mətbuat katibi Elnur Məmmədli iştirak edib.