“GƏLƏCƏYƏ BAXIŞ” Avrasiya Patent Universiadası haqqında
Qaydalar
I. Ümumi müddəalar
1. Bu Qaydalar "Gələcəyə baxış" Avrasiya Patent Universiadasının (bundan sonra - Universiada) keçirilməsi, ona yekun vurulması, qaliblərin və mükafatçıların müəyyənləşdirilməsi, eləcə də Universiadanın mükafatları və onların verilməsi qaydalarını müəyyənləşdirir. Avrasiya Patent İdarəsi Universiadanın keçirilmə və müddətini, yaradıcılıq işlərinin (yaradıcıləq layihələrinin) təqdim edilməsi, Universiadaya yekun vurmaq, Universiadanın qalib və mükafatçılarını müəyyənləşdirmək, mükafatların bu Əsasnamə ilə müəyyən edilmiş təqdim edilməsi qaydasını dəyişmək hüququna malikdir.
2. Universiadanın məqsədi Avrasiya patent sisteminin populyarlaşdırılmasıdır.
Universiadanın məsələləri istedadlı gəncləri dəstəkləmək və onların əqli mülkiyyət məsələlərinə marağını artırmaqdır.
3. Universiadanın keçirilməsi üçün maliyyə dəstəyi Avrasiya Patent Təşkilatının büdcə vəsaitləri hesabına həyata keçirilir.
II. Universiadanın keçirilməsi qaydası
4. Universiada hər il 1 yanvar - 9 sentyabr tarixlərində keçirilir.
5. Universiadada orta ümumtəhsil, orta ixtisas təhsili, ali təhsil proqramlarını həyata keçirən təhsil təşkilatlarının tələbələri, habelə 10 ilə 25 yaş arası digər maraqlı şəxslər iştirak edirlər.
6. Universiada iki yaş kateqoriyası üzrə keçirilir:
- I yaş kateqoriyası - 10 ilə 17 yaş arasında;
- II yaş kateqoriyası - 18 ilə 25 yaş arasında.
7. Universiada hər yaş kateqoriyası üçün Avrasiya Patent İdarəsi tərəfindən hər il təyin olunan sənaye mülkiyyəti məsələlərinə dair mövzularda yaradıcılıq işləri və ya layihələr müsabiqəsi şəklində keçirilir.
8. Yaradıcılıq işi və ya yaradıcılıq layihəsi həm Universiadanın fərdi iştirakçısı, həm də iştirakçılar kollektivi tərəfindən müstəqil və ya elmi rəhbərlik altında yerinə yetirilə bilər.
Yaradıcılıq işi rus və ya ingilis dillərində təqdim edilə bilər və Word mətn redaktorunda A4 formatlı ağ kağızda bir intervalda Times New Roman 14 ölçülü şrift ilə yerinə yetirilmiş və səhifənin eni üzrə düzləndirilmiş olmalıdır, birtərəfli çap olunmuş mətninin 20 səhifəsindən çox olmamalıdır. Yaradıcılıq işinin hər vərəqinin boş sahələri 20 millimetr təşkil etməlidir. Yaradıcılıq işinin mətninin hər abzası 10 millimetrə bərabər abzas boşluğundan çap edilməlidir.
Yaradıcılıq işinə burada ifadə edilmiş informasiyanın daha aşkar təqdim edilməsi üçün lazım olan şəkillər, illüstrasiyalar, qrafiklər, cizgilər əlavə oluna bilər.
Yaradıcılıq layihəsinə olan tələblər onun yerinə yetirilmə mövzusundan asılı olaraq Avrasiya Patent İdarəsi tərəfindən müəyyən edilir.
9. Yaradıcılıq işləri (yaradıcılıq layihələri) Avrasiya patent idarəsinə vaxtında, 1 yanvardan30 aprelə qədər göndərilir. Yaradıcılıq işi (yaradıcılıq layihəsi) ilə birgə Avrasiya Patent İdarəsinə həmçinin universiadada iştirak üçün ərizə (ərizə nümuməsi https://www.eapo.org/ru/documents/norm/pol_univers_2018_02.docx linki üzrə əldə edilə bilər) göndərilir.
Cari ildə universiadanın bir iştirakçısı (iştirakçılar kollektivi) tərəfindən bir yaradıcılıq işi və ya bir yaradıcılıq layihəsi təqdim edilə bilər.
10. Yaradıcı işlərin (yaradıcı layihələrin) qiymətləndirilməsi Universiadanın münsiflər heyəti tərəfindən aşağıda göstərilən meyarların hər biri üzrə maksimum mümkün olan 10 baldan hər yaş kateqoriyası üçün ayrı-ayrılıqda müəyyən sayda bal göstərilməklə həyata keçirilir:
- yaradıcılıq işinin (yaradıcılıq layihəsinin) mövzusunun açıqlanmasının dolğunluğu;
- əsaslandırma və mühakimə məntiqi;
- yaradıcılıq işinin (yaradıcılıq layihəsinin) praktik əhəmiyyəti;
- yaradıcılıq işinin (yaradıcılıq layihəsinin) hazırlanması zamanı göstərilən kreativlik.
III. Universiadaya yekun vurulması qaydası
11. Universiadaya Universiadanın münsiflər heyəti tərəfindən 31 may tarixindən gec olmayaraq yekun vurulur və yekunlar Avrasiya Patent Təşkilatının veb portalında dərc olunur.
12. Hər yaş kateqoriyasında ən yüksək bal, Avrasiya Patent İdarəsi tərəfindən yaş kateqoriyası çərçivəsində bir neçə mövzu müəyyən edildiyi halda isə - ayrıca mövzu üzrə ən yüksək bal toplamış Universiada iştirakçıları Universiadanın qalibləri hesab edilirlər.
13. Hər yaş kateqoriyasında topladığı bal sayına görə ikinci və üçüncü yerləri tutan, Avrasiya Patent İdarəsi tərəfindən yaş kateqoriyası çərçivəsində bir neçə mövzu müəyyən edildiyi halda isə - ayrıca mövzu üzrə ikinci və üçüncü yerləri tutan Universiada iştirakçıları Universiadanın qalibləri hesab edilirlər.
14. Universiada iştirakçıları tərəfindən bərabər sayda ballar toplandığı təqdirdə, Universiadanın münsiflər heyəti səsvermə yolu ilə Universiadanın qalib və mükafatçılarını müəyyən etmək hüququna malikdir.
15. Universiadanın münsiflər heyəti yaradıcılıq işlərinin (yaradıcılıq layihələrinin) qiymətləndirilməsində ortaq bir fikrə gəlmədiyi təqdirdə, Universiadanın qalib və mükafatçılarının müəyyənləşdirilməsində həlledici səs Universiadanın münsiflər heyətinin sədrinə məxsusdur.
IV. Universiadanın mükafatları və onların təqdim olunması qaydası
16. Universiadanın qalibləri üçün əsas mükafat Avrasiya Patent Təşkilatının qərargahına tanışlıq səfəridir.
Universiadanın qalibləri, həmçinin Avrasiya Patent İdarəsinin “Gələcəyə Baxış” medalı və qiymətli hədiyyələrlə mükafatlandırılır.
17. Universiadanın mükafatçıları Avrasiya Patent İdarəsinin "Gələcəyə baxış" medalı və qiymətli hədiyyələrlə mükafatlandırılır.
18. Yaradıcılıq işlərinin qiymətləndirilməsinin yekunlarına görə mümkün olan maksimum balın yarısından çoxunu toplayan Universiada iştirakçıları diplomla təltif olunurlar.
19. Universiadanın qaliblərinə mükafatlar Avrasiya Patent Konvensiyasının imzalanmasının növbəti tarixində Avrasiya Patent Təşkilatının qərargahında təntənəli şəraitdə təqdim edilir.
Universiadanın digər iştirakçılarına mükafatlar və diplomlar həm Avrasiya Patent Təşkilatının qərargahında təqdim edilə bilər, həm də başqa bir yolla onlara çatdırıla bilər.
https://www.eapo.org/ru/documents/norm/pol_univers_2018_02.docx