Çağrı Mərkəzi: 960
PCT sistemi üzrə ödənişsiz təlimlər keçiriləcək

PCT sistemi üzrə ödənişsiz təlimlər keçiriləcək

Avrasiya Patent İdarəsinin (APİ) Beynəlxalq Axtarış Orqanı və İlkin Ekspertiza Orqanı kimi fəaliyyətə başlaması ilə əlaqədar olaraq, Patent Əməkdaşlığı Müqaviləsi (PCT sistemi) üzrə bir sıra maarifləndirici təlimlər keçiriləcək.

Təlimlər APİ və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən birgə təşkil olunacaq. Vebinarlar rus dilində keçiriləcək və iştirak ödənişsizdir.

Avrasiya patent müvəkkilləri, sahə mütəxəssisləri, milli iddiaçılar, Avrasiya Patent Təşkilatına üzv-dövlətlərin milli patent idarələrinin əməkdaşları təlimlərdə iştirak etməyə dəvət olunurlar.

"Beynəlxalq iddia ərizəsinin ePCT portalı vasitəsilə elektron şəkildə təqdim edilməsinin nümayişi" mövzusunda ilk regional seminarın 2022-ci il 26 sentyabr tarixində Moskva vaxtı ilə saat 11:00-da keçirilməsi nəzərdə tutulur. Təlimin izləyicilərinə ePCT portalı vasitəsilə beynəlxalq iddia ərizəsinin verilməsi alqoritmi göstəriləcək, PCT ərizəsinin hazırlanması və verilməsi üçün portalın funksional imkanları izah ediləcək.

Qeydiyyat üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://attendee.gotowebinar.com/register/4447658000606843659?source=IG


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×