Çağrı Mərkəzi: 960
“Qabaqcıl texnologiyalar və əqli mülkiyyət” mövzusu üzrə növbəti sessiyalar keçiriləcək

“Qabaqcıl texnologiyalar və əqli mülkiyyət” mövzusu üzrə növbəti sessiyalar keçiriləcək

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) 2019-cu ildən başlayaraq qabaqcıl texnologiyalar və əqli mülkiyyət (ƏM) arasında əlaqələrə həsr olunan beynəlxalq müzakirələr təşkil edir. Son iki il ərzində bu müzakirələrin dörd sessiyası keçirilmişdir.

Rəqəmsallaşma, qabaqcıl texnologiyalar və pandemiyanın sürətləndirici təsiri sayəsində qeyri-maddi aktivlər və əqli mülkiyyətin aktuallığı və əhəmiyyəti artmaqda davam edir. Qabaqcıl texnologiyalar daha səmərəli və əlçatan ƏM sistemlərinin yaradılması üçün əsas alətlərdən biridir.

Bu texnologiyaların potensialını artıqmaq və hər kəsi təmin edən ƏM ekosistemi yaratmaq üçün ÜƏMT 2022-ci ildə beynəlxalq müzakirələrin daha iki sessiyasının keçirilməsini nəzərdə tutur.

Beşinci sessiya 5-6 aprel, altıncı sessiya isə 21-22 sentyabr tarixlərində təşkil olunacaq. Tədbirlərdə ƏM idarəetmə qurumları tərəfindən istifadəçilərə göstərilən ən yaxşı xidmətlərin təmin edilməsi məsələləri müzakirə ediləcək.

Bu müzakirələrdə müxtəlif ölkələrinin ƏM qurumlarının əməkdaşları, bu sahə üzrə mütəxəssislər, yaradıcı insanlar, innovatorlar və fərdi şəxslər iştirak edə bilərlər.


Sənədlərin ONLAYN qəbulu PƏNAHReyestrAppealÇağrı Mərkəzi MəlumatElektron XidmətlərElektron xidmətlərdən istifadə ilə bağlı statistik məlumatlarstartup5Elektron xidmetler1ZəfərErməni saxtakarlığının ifşasıAggression of Armenia against AzerbaijanHerbi tecavuzhttps://azranking.az/startup1startup2https://www.epo.org/index.htmlhttps://www.eapo.org/ru/
Search×